Qiymətli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
- Almazı cilalandırmasan, qiymətli daş kimi parıldamaz. Yapon atalar sözləri
B
[redaktə]- Baxmayaraq ki, doğuluşdan yaxındırlar, qiymətli daş-qaş ilanın qüsurunu başa düşmür, ilan da daş-qaşın dəyərini. (Hindlilərin etiqadına görə ilanın başında qiymətli daş-qaş vardır. Hind atalar sözləri
Ç
[redaktə]- Çox danışmaq- qiymətli sözü də qiymətdən salar. Hümam Təbrizi
E
[redaktə]- Elə bir insan yoxdur ki, o, həzzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
Ə
[redaktə]- Ən qiymətli sərvət tərbiyədir. Adıgey atalar sözləri
İ
[redaktə]- İnsanın zəkasını alsanız, geridə qiymətli heç bir şey qalmaz..[1] Uilyam Hamilton
- İradə, azadlıqdan daha qiymətli olan tək şeydir. İvan Turgenev
- İtirilmişin tərifi qiymətli xatirələrə səbəb olur. Uilyam Şekspir
K
[redaktə]- Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Frensis Bekon
Q
[redaktə]- Qadın dünyanın ən gözəl və qiymətli varlığıdır. Konfutsi
- Qiymətli daşı zibil içində gizləyərlər. Malayal atalar sözləri
- Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. Albert Eynşteyn
T
[redaktə]- Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır. Həsən Əliyev
- Tərif də qızıl və almaz kimi yalnız az olanda qiymətli olur. Samuel Conson
Y
[redaktə]- Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklikdir. Uilyam Hamilton
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.11