Bütöv
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında. Aşanti atalar sözləri
- Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
- Bir kənd bütöv qohum olunca, hər kənddə bir qohum olması yaxşıdır. Adıgey atalar sözləri
- Bütöv Azərbaycanın yolu Təbrizdən keçir. Əbülfəz Elçibəy
- Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır. Əbülfəz Elçibəy
Ə
[redaktə]- Əksər səslər həqiqətin xeyrinə təkzibedilməz sübut deyil. Çünki, bu cür həqiqətlərlə bütöv bir xalq yox, ayrıca bir şəxs üzləşə bilər. Rene Dekart
F
[redaktə]- Fərdiliyimizin boşluğunu doldurmağa çalışırıq və qısa müddət ərzində bütöv olmaq illüziyasından zövq alırıq. Ancaq bu yalnız bir xəyaldır: sevgi birləşdirir, sonra bölür. Lorens Darrell
G
[redaktə]- Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. Nikola Şamfor
İ
[redaktə]- İblislə insan arasındakı fərq nədən ibarətdir? Hötenin Mefistofeli deyir: “Mən, bütövün pislik istəyən, amma yaxşılıq edən hissəsiyəm”. Əfsuslar olsun ki, insan tamamilə bunun əksini deyərdi. Fyodor Dostoyevski
K
[redaktə]- Keçmişi qaytara bilməyəcəksiniz. Qırılmış bir fincanı bütöv edə bilməzsiniz. Yalnız bir-birinə yapışdırıb bütöv deyə bilərsiniz, ancaq bütöv olmayacaq. Teodor Drayzer
Ö
[redaktə]- Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı. Corc Oruell
T
[redaktə]- Təsəvvür edək ki, təkcə bir fərd deyil, bütöv bir cəmiyyət, bütöv bir nəsil, o cümlədən onun ən zəif, ən az intellektli, ən ağılsız üzvləri birdən-birə yeni dünyaya daşınır. Bu zaman kütləvi oriyentasiya baş verir və bütün sosial orqanizm gələcəyin şoku ilə təhdid edilir. Olvin Toffler
Y
[redaktə]- Yuxarı və aşağı siniflər arasındakı düzgün əlaqə, onlar arasındakı qarşılıqlı təsir, insan növünün yaxşılaşmasının dayandığı həqiqi təməldir. Yuxarı siniflər bəşəriyyətin böyük və bütöv düşüncəsini təşkil edir; aşağı siniflər onun əzalarını təşkil edir; birincisi düşüncə və dizayn, ikincisi icra hissəsidir. İohann Fixte