Lovğa

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başqalarının miskinliyini görəndə biz lovğa, yaxud müti oluruqmu? O, birinə bir cür, digərinə isə başqa cür təsir edir. Xarakterlərin müxtəlif olması da bunda özünü göstərir. Artur Şopenhauer

D[redaktə]

  • Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir. Abay Kunanbayev

E[redaktə]

  • Evli kişilər yaxşı ər olanda dəhşətli dərəcədə sıxıcı, pis ər olanda isə dəhşətli dərəcədə lovğa olurlar. Oskar Uayld

Ə[redaktə]

  • Əgər həyan olsa, lovğa olmazsan,
    Mənasız işlərə meyl salmazsan. Əhvədi
  • Əyləncələrə qapılan, lovğa, svitası və sərvəti ilə öyünən hökmdar çox tezliklə öz düşmənlərinin qurbanı olacaq. Çanakya/Hökmdar

H[redaktə]

  • Həddindən artıq mütaliə elmi öldürür, eyni zamanda mütaliyəyə həddindən artıq aludəlik yalnız lovğa cahillər yaradır. Jan Jak Russo
  • Hər kəs ki lovğadır, onda olmaz hünərdən əsər. Məhəmməd Füzuli
  • Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız. Aleksandr Pop

Q[redaktə]

  • Qızıl suyuna çəkilmiş silah kimi, lovğa adamların da daxili aləmi xaricinə uyğun gəlmir. Pifaqor

L[redaktə]

  • Lovğa hər şeyi özü üçün tələb edib, əvəzində heç bir şey vermir. Jan Jak Russo
  • Lovğa xoruzun quyruğu peyin içində olar. İndoneziya atalar sözləri
  • Lovğa təbiət üçün sevgi, Yer üçün Günəş kimidir. Onore de Balzak
  • Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. Ezop
  • Lovğa və təkəbbürlü adamı heç vaxt əxlaqlı adam hesab etmək olmaz. [Həsən bəy Zərdabi[]]

S[redaktə]

İstinadlar[redaktə]