Semuel Teylor Kolric
Semuel Teylor Kolric (1772 - 1834) - İngilis romantik şairi, tənqidçi və filosof.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Böyüklük və yaxşılıq vasitə deyil, məqsəddir.
- Bir vaxtlar oxuduğumuz şeir deyil, böyük sevinclə qayıtdığımız şeir əsl qüdrətə malikdir və əsl poeziya adlandırıldığını iddia edə bilər.
Ç[redaktə]
- Çoxlu dost qazandığına görə öyünən adamın heç bir dostu olmayıb.
F[redaktə]
- Fantaziya zaman və məkan nizamından azad edilmiş yaddaş tərzindən başqa bir şey deyil.
H[redaktə]
- Heç kim eyni zamanda dərin filosof olmadan böyük şair ola bilməz.
- Həqiqəti sevmək həqiqəti söyləmək deyil, onu çatdırmaq niyyətidir.
- Hər düşüncə prosesində ən qısa yol nəhayət tapılır.
- Həyatda xoşbəxtlik belə, kiçik, tez unudulan şeylərdən ibarətdir - öpüşün və ya gülümsəməyin cazibəsi, mehriban baxış, ürəkdən gələn iltifat kimi.
İ[redaktə]
- İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır, və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır.
M[redaktə]
- Məsləhət qar kimidir: nə qədər yumşaq olarsa, bir o qədər uzanar və bir o qədər dərinə nüfuz edər.
- Müdafiəçilərini unudan millət tezliklə unudulacaq.
Ö[redaktə]
- Öz kölgənizin üstündən tullana bilməzsiniz.
P[redaktə]
- Plagiat həmişə soyulmaqdan qorxur.
R[redaktə]
- Rəsm düşüncə ilə obyekt arasında bir şeydir.
S[redaktə]
- Sevinc çiçəyi nə qədər incə və zərifdirsə, onu qoparan əl də bir o qədər həssas olmalıdır.
T[redaktə]
- Təcrübə bizə məlumat verir ki, zəif ruhların ilk müdafiəsi günahlandırmaqdır.
- Təcrübə, gəminin arxa hissəsinin fənəri kimi, yalnız getdiyimiz yolu işıqlandırır.
- Tənqidçilər şair, tarixçi və ya bioqraf ola biləcək adamlardır. Onlar öz istedadlarını bu və ya digər işlərdə sınayıblar və uğursuzluğa düçar olublar; ona görə də tənqid olunurlar.
- Təsəvvür edə biləcəyim ən xoşbəxt evlilik kar kişi ilə kor qadın arasındadır.
- Tolerantlığın yeganə həqiqi ruhu qarşılıqlı dözümsüzlüyə şüurlu şəkildə dözməkdən ibarətdir.
Ü[redaktə]
- Ürəkdən gələn ürəyə çatır.
V[redaktə]
- Vicdan ağlın nəbzidir.