Məzmuna keç

Eyib



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Heç kəs öz eybini bilməz. Azərbaycan atalar sözləri/H
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir. Saib Təbrizi
  • Qüsur edənin qüsurunu ona söyləməsələr, bilməzliklə eybini hünər sanar. Sədi Şirazi
  • Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
  • Nə qədər insan məni xəyalpərəst adlandırıb, gələcəyi görə bilməyən dünyamız məni ələ salıb. Eybi yox, zaman hər şeyi mühakimə edəcək. Nikola Tesla
  • Nəcib insan öz eybini görəndə düzəltməyə, başqalarının eybini görəndə isə ört-basdır etməyə çalışmalıdır. Alfons Karr
  • Paltar isti və soyuqdan qorunmaq, eyib yerləri örtmək üçün lazımdır; başqalarının tənəsinə məruz qalmamaq, məsxərəyə qoyulmamaq xatirinə daha yaxşı geyinmək olar. Nəsirəddin Tusi

İstinadlar

[redaktə]