Eşşək
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aciz eşşəyə hər kəs minər. Ləzgi atalar sözləri
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. Ləzgi atalar sözləri
- At qovulmaz, eşşək gəlib ötməsə. Lak atalar sözləri
- At olmayan yerdə eşşək də atdır. Azərbaycan atalar sözləri/A
- At pambıq, eşşək daş üstə salar. (Asp eğandə pambəsə, hə eğandə zambəsə.) Talış atalar sözləri
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz. Azərbaycan atalar sözləri
C
[redaktə]- Canı ağrıyan eşşək, atdan yeyin gedər. Azərbaycan atalar sözləri/C
E
[redaktə]- Eşq hətta eşşəyi rəqs etdirər. Fransız atalar sözləri
- Eşşək aldım, qatır çıxdı. Azərbaycan atalar sözləri/E
- Eşşək anqıranda itin başı ağrıyar. Azərbaycan atalar sözləri/E
- Eşşək batdağa bir dəfə batar. Azərbaycan atalar sözləri/E
- Eşşək eşşəyə uzunqulaq deyər. Azərbaycan atalar sözləri/E
- Eşşək eşşəyi borc qaşıyar. Azərbaycan atalar sözləri/E
- Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də. Azərbaycan atalar sözləri/E
- Eşşək işləyər, at yeyər. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Eşşək qazanar, at yeyər. Azərbaycan atalar sözləri/E
- Eşşək qocalmaqla tövləbaşı olmaz. Azərbaycan atalar sözləri/E
- Eşşək Məkkəyə getməklə Hacı olmaz. [1]Azərbaycan atalar sözləri/E
- Eşşək nə bilir ki, zər palan nədir? Azərbaycan atalar sözləri/E
- Eşşək olasan, çulun məxmər? Azərbaycan atalar sözləri/E
- Eşşək olasan, tükün bu narınlığında! Azərbaycan atalar sözləri/E
- Eşşək palçığa bir dəfə batar. Azərbaycan atalar sözləri/E
- Eşşək tozda ağnayanda həvəsi gələr. Azərbaycan atalar sözləri/E
- Eşşək üstə qəmə bağlayana gülərlər. Azərbaycan atalar sözləri/E
- Eşşəkdən adınalıq umur. Azərbaycan atalar sözləri/E
- Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. Kürd atalar sözləri
- Eşşəkdən soruşurlar: "Niyə bərk qaçırsan?", deyib "Bizləyəndən soruş". Azərbaycan atalar sözləri/E
- Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. Gürcü atalar sözləri
- Eşşəklə getdilər, qatırla döndülər. Azərbaycan atalar sözləri/E
- Eşşəyə dedilər: mərifətini göstər, yatdı, ağanadı. Azərbaycan atalar sözləri/E
- Eşşəyə güçü çatmaz, palanı çırpar. Azərbaycan atalar sözləri/E
- Eşşəyə qantarğa keçirməklə at olmaz. Azərbaycan atalar sözləri/E
- Eşşəyə qızıl çatmaqla qiyməti artmaz. Azərbaycan atalar sözləri/E
- Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb. Azərbaycan atalar sözləri/E
- Eşşəyi minərlər, ata çatınca. Azərbaycan atalar sözləri/E
- Eşşəyi yüklədikcə tünd gedər. Azərbaycan atalar sözləri/E
- Eşşəyim bozdur, dəyirmana getməyir. Azərbaycan atalar sözləri/E
- Eşşəyim, ölmə, yaz gələr yonca bitər. Azərbaycan atalar sözləri/E
- Eşşəyin anqırtısı özünə xoş gələr. Azərbaycan atalar sözləri/E
- Eşşəyin arpası artıq düşəndə yiyəsinə şıllaq atar. Azərbaycan atalar sözləri/E
- Eşşəyin canı yananda atdan yeyin qaçar. Azərbaycan atalar sözləri/E
- Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdi deyirmiş. Gürcü atalar sözləri
- Eşşəyin qızıldan olsa da yükü,
Yenə də eşşəkdir parıldar tükü. Nizami Gəncəvi - Eşşəyin yükü yüngül olanda oynamağı gələr. Azərbaycan atalar sözləri/E
H
[redaktə]- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İ
[redaktə]- İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
Q
[redaktə]- Qara eşşək başına üyən ursan, qatır olmaz. Kitabi Dədə Qorqud
Ö
[redaktə]- Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər. Azərbaycan atalar sözləri
S
[redaktə]- Sahibi çox olan eşşəyi sonda qurdlar yeyər. İspan atalar sözləri
T
[redaktə]- Tərk edənin getdiyi yerdə axtardığını tapa bilmiyəndə dönüb "darıxdım" deməyi, darıxdığından deyil, eşşək kimi peşman olduğundandır. Əziz Nesin
V
[redaktə]- Varlının eşşəyi də yeyin gedər. Azərbaycan atalar sözləri/V
İstinadlar
[redaktə]- ↑ Atalar sözü və məsəllər:/B.Tahirbəyovun redaktəsi ilə.Bakı: Azərnəşr, 1971,151.səh.100.