Adətən

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adətən, bir işin uğuru üçün zəngin bir insanın bir kəlməsi kifayətdir. Bunun üçün onun nə pulu, nə zəmanəti, nə də konkret təminatı lazım deyil, yalnız sözü kifayətdir. Teodor Drayzer
  • Adətən biz fikirləşirik ki, insanları insanlar idarə edir, əslində isə onları idarə edən həyat halları və şəraitdir. Pifaqor
  • Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
  • Adətən deyirlər ki: “Hər kəsə ikinci imkan vermək lazımdır”. Unutma ki, həqiqətən sevən birisi heç ilk imkanı da əldən verməz. Pol Oster
  • Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır. Napoleon Bonapart
  • Adətən, düşmən hisslər zərif hisslərdən sonra meydana çıxır və onlar cinsi münasibətlərimizin əksəriyyətində hökmranlıq edən hisslərin ikili münasibətini yaxşı əks etdirir. Ziqmund Freyd
  • Adətən, gözəl improvizasiya edilmiş nitq hazırlamaq üçün mənə üç həftə vaxt tələb olunur. Mark Tven
  • Adətən, gülüş, həqiqəti yalandan ayırmaqda vasitəçi rolunu oynayır. Vissarion Belinski
  • Adətən, hərəkət etməyi qərara alan insanlar uğur qazanırlar. Əksinə, hər şeyi ölçüb biçən və ləng hərəkət edən insanlar nadir halda uğur qazanırlar. Herodot
  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Adətən, insanlar arzu etdikləri şeylərə inanmaq istəyirlər. Qay Yuli Sezar
  • Adətən, insanlar onlara verilənlərdən həzz almaqdan çox, onlara verilməyənlərdən daha çox kədərlənirlər. Vissarion Belinski
  • Adətən insanlar yuxuda gün ərzində nə düşündüklərini görürlər. Herodot
  • Adətən, irəli gedə bilməyən geri qayıdır. Jül Vern
  • Adətən kiçik işlərdə həddən çox canfəşanlıq edənlər böyük işlərə yaramırlar. Fransua de Laroşfuko
  • Adətən krallıqlara, bəyliklərə və respublikalara ziyan vuran saysız -hesabsız fəlakətlər olsa da, ən təhlükəli, mənim fikrimcə, dörddür: ixtilaf, ölüm, torpaq səmərəsizliyi və sikkə azalması. İlk üçü o qədər açıqdır ki, bundan xəbəri olmayan heç kim yoxdur, lakin sikkəyə aid olan dördüncünü az adam və yalnız ən dərin düşüncəli insanlar fərq edir, çünki bu dərhal və şiddətə səbəb olmur. Dövlətlərin çöküşü, onları tədricən görünməz hala gətirir. Nikolay Kopernik
  • Adətən, qadınlar layiqli insanlarla əxlaqlı olurlar, avara adamlarla isə nadir hallarda. Denis Fonvizin
  • Adətən, layiq olmayanlara yaxşılıq və pislik edənlərə hiddətlənirlər. Belə hallarda hər hansı bir fayda götürənə isə həsəd aparırlar. Rene Dekart
  • Adətən, mən ümidsizliyə qapılanda tarixin bir çox epizodlarını yada salıram. Əsrlər boyunca həqiqət və sevgi həmişə qalib gəlib. Bəli, tarixdə çox qüdrətli zülmkarlar olub, amma sonda hamısı iflasa uğrayıb. Bunu həyatın çətin anlarında xatırla. Mahatma Qandi
  • Adətən, oyunçu uduzmağa yox, udmaq ümidlərinin dağılmasına təəssüflənir. Jül Vern
  • Adətən, ölməz Allahlar xainliyə, əxlaqi pozğunluğa görə insanlara acıqlanır və hirslənirlər. Mark Tulli Siseron
  • Adətən, sevgililərin saatı qabağa qaçır. Uilyam Şekspir
  • Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
  • Adətən tərəqqinin tələb etdiyi bəhanə ilə edilən dəhşətli şeylər əslində heç də irəliləyiş deyil, sadəcə dəhşətli şeylərdir. Rassel Beyker
  • Axmaqlar və dəlilər adətən həqiqəti söyləyirlər. Robert Berton
  • Atanın işini adətən bəyənmədiyi oğlu davam etdirir. Qırğız atalar sözləri

B[redaktə]

  • Böyük-böyük sandıqları. adətən, kiçik açarla açırlar. Rəsul Həmzətov
  • Bütün fəlsəfə mahiyyət etibarı ilə bir filosofun bütün digər filosofların eşşək olduğunu sübut etməyə çalışması ilə bağlıdır. Adətən o, uğur qazanır, üstəlik, özünün də eşşək olduğunu inandırıcı şəkildə sübut edir. Henri Luis Manken
  • Bütün yaltaqlar, adətən, yalançı olur. İohann Engel

D[redaktə]

  • Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. Antuan Rivarol
  • Deyirlər qadınlara zəif "ulduzlar" himayədarlıq etdiyindən onları adətən şər qüvvələr ələ keçirir. Hind atalar sözləri
  • Döyüşlərdə iştirak etmək qızlarla arvadbazlıq etmək kimidir: ən cəsur və ən tələbkar olanlar adətən qalib gəlir. Raterford Heys
  • Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir. Əbu Turxan
  • Düzgün insan adətən yalançı olur. Alfred Nobel

E[redaktə]

  • Evi nümunəvi qaydada saxlayan xanımlar - adətən o arvadlardır ki, daha çox evlərini sevirlər, nəinki ərlərini. Yanin İpaxorskaya
  • Evlilik, adətən səhv ünvanlanan, yalnız bağlı olduğu zaman maraqlı olan bir qeyd məktubudur. Branislav Nuşiç
  • Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur. Əli

Ə[redaktə]

  • Əbədi suallara adətən müvəqqəti cavablar verilir. Leşek Kumor
  • Ələ götürülən uşaq belə götürülən uşaqdan əzizdir. (Yaponiyada uşaqları, adətən, belə götürürlər, ələ o uşağı götürürlər ki, onu ərköyün böyüdürlər) Yapon atalar sözləri
  • Əsl dahilik, natamamlıqda titrəyiş etmək üçün hər şey demək varkən adətən sakitliyi üstün tutmaqdır. Edqar Allan Po

H[redaktə]

X[redaktə]

  • Xalqın yaxşı yaşadığı millətlər yoxsul, xalqın adətən yoxsul olduğu millətlər varlıdırlar. Karl Marks

İ[redaktə]

  • İnsanlar adətən öz vicdanlarının təmizliyilə qürrələnirlər, çünki yaddaşları zəifdir. Lev Tolstoy
  • İnsanlar öz yollarını seçməkdə sərbəst olduqda, adətən, bir-birlərini təqlid etməyə başlayırlar. Erik Hoffler
  • İstedadsız adamlar, adətən, ən tələbkar tənqidçilərdir, özləri ən sadə şeyləri edə bilmədikləri halda başqalarından qeyri-mümkün şeyləri tələb edirlər. Vasili Klyuçevski

Q[redaktə]

  • Qadın kimonosunun qolu qurumaz. (Kimononun qolu ilə adətən göz yaşını silirlər). Yapon atalar sözləri
  • Qadının xarakteri adətən gözəllik və ya onun sifətinin eybəcərliyi ilə müəyyən edilir. Oliver Qoldsmit
  • Qadınlar adətən kin ucbatından deyil, təbiətlərinə görə ərlərinin sevdiyi insanlara nifrət edirlər. Tomas Mor
  • Qadınlar var ki, onları tanımaq üçün əvvəlcə sevmək lazımdır; adətən əksini edirlər. Jan Pol (İohann Paul Fridrix Rixter)
  • Qadınlarda adətən şöhrətpərəstlik temperamentdən çoxdur, temperament isə yaxşı hərəkətlərindən çoxdur. Lyuk de Klapye Vovenarq
  • Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər. Konfutsi
  • Qorxaqlar, adətən oz qollarının gücünü dərk etmirlər. Fransua de Laroşfuko
  • Qurd ən yaxşı meyvələrin içini yeməyə can atdığı kimi, böhtan da, adətən, ən ləyaqətli insanlara zərbə endirir. Conatan Svift

M[redaktə]

  • Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. Ömər Xəyyam

R[redaktə]

  • Rus ağıllısı, adətən, ya yəhudidir, ya da yəhudi qarışığı. Vladimir Lenin

S[redaktə]

  • Səni tam anlayan qadınla qarşılaşmaq çox təhlükəlidir. Bu adətən evliliklə bitir. Oskar Uayld
  • Sərkərdənin şərəfli ölümü. Adətən, filosoflar yataqda ölürlər. Necə ölmək də əhəmiyyətlidir. Mark Tulli Siseron
  • Sözün qədrini bilməyən, zəif düşüncəli adam, adətən, çox danışar. Şarl Lui Monteskyö

Ş[redaktə]

  • Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar. Cəvahirləl Nehru

T[redaktə]

  • Teatrımızın ən böyük dilemması kadr çatışmazlığıdır. Adətən gənclərimiz zaman-zaman bu cəlbedici işlə məşğul olurlar. Amma onların heç birinin aktyor olmaq məqsədi yoxdur. Teatr yalnız eyni fikri bölüşən sənətkarlardan ibarət olmalıdır və davamlı olmalıdır. Həsən Nail Canat

U[redaktə]

Y[redaktə]

  • Yeni ideyalar üçün adətən faktlar lazımdır. Ceyms Uotson

Z[redaktə]

  • Zil qaranlıqda qəbul edilən qərar, adətən, hava işıqlananda öz gücünü itirir. On üçüncü nağıl

İstinadlar[redaktə]