Düz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər. Ərəb atalar sözləri
  • Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir. Uilyam Şekspir
  • Axmaq düzü damcı-damcı udarəyri otur düz danış, yalanı - qaşıq-qaşıq. Rus atalar sözləri
  • Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt. Yapon atalar sözləri
  • Ağız əyri olsa da, sözü düz olsun. Başqırd atalar sözləri
  • Ağzın əyri də olsa, düz danış. Koreya atalar sözləri
  • Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
  • Atalar sözü - sözün düzü. Ərəb atalar sözləri
  • Az danış, düz danış. Türkmən atalar sözləri

B[redaktə]

D[redaktə]

Ə[redaktə]

H[redaktə]

İ[redaktə]

  • İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
  • İnsan bambuq kimi düz olmalıdır, - o, sınar, lakin əyilməz. Koreya atalar sözləri
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe

Q[redaktə]

  • Qələm əyri yonulsa da düz yazar. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
  • Qonaqlıq qeybəti- pis əməl və günah sayılır, axı o çox vaxt düz çıxır. Aqata Kristi
  • Qozbel həmişə istəyər ki, düz kimi görünsün. Osetin atalar sözləri
  • Quranın dediyinə görə İsa imam Mehdinin əlindən tutmuş halda gələcək. O zaman sülh və barışıq bütün dünyanı bürüyəcək. Mehdi və İsaya səslənirəm ki, tez gəlin, tez gəlin ! Gəlsinlər tez gəlsinlər. Məgər bu düz deyilmi ki, dünyanı təhlükələr əhatə edib?! Bugün bütün zaman və məkanların düşmənləri Fələstinin işğal edilmiş ırazilərində toplanmışdır. Mən inanıram ki, tarixin bütün müharibələrinin möhürü məhz bu Qəzza müharibəsi olacaqdır. Biz Fələstində sülh və barış üçün döyüşürük. Bu bizim və bütün Latın Amerikalıların xeyrinədir.[1]  (azərb.) Uqo Çaves

N[redaktə]

  • Namuslunun xasiyyəti möhkəm, sözü də düz olur. Monqol atalar sözləri
  • Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. Qautama Budda

O[redaktə]

  • Oteldəki mağazada sadəcə iki düz kitab varıydı və ikisini də mən yazmışdım. Duqlas Noel Adams

P[redaktə]

T[redaktə]

Y[redaktə]

Istinadlar[redaktə]