Uğur
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
B[redaktə]
- Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır. Zərdüşt
- Bəxtəvər o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirib. Jül Renar
- Böyük uğurlar qiymətli anaların böyütdükləri övladlarının əməllərinin bəhrəsidir. Mustafa Kamal Atatürk
E[redaktə]
- Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. Tomas Edison
H[redaktə]
- Harada olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin. Teodor Ruzvelt
- Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik olmaz. Bencamin Dizraeli
- Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan. Jan de Labrüyer
X[redaktə]
- Xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır. Şarlotta Bronte
İ[redaktə]
- İnsan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir. Mark Tven
- İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. Sartr
- İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur. Teodor Ruzvelt.
M[redaktə]
- Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Lao Szı
U[redaktə]
- Uğur gedilən yoldur, çatdığın məkan deyil. Ben Svitland
- Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Çin atalar sözləri
- Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur. Napoleon Bonapart
- Uğurun asılı olduğu yeganə şərt səbrdir. Lev Tolstoy
Y[redaktə]
- Yaxşı başlanğıc uğurun yarısıdır. Andre Jid