Məzmuna keç

Zərdüşt

Zərdüşt
Doğum tarixi e.ə. 628, naməlum dəyər
Doğum yeri Rey, naməlum dəyər
Vəfat tarixi e.ə. 551, naməlum dəyər
Vəfat yeri Bəlx, naməlum dəyər
Vikipediya məqaləsi

Zərdüşt (e.ə. VI–V əsr) — "Avesta"nın müəllifi, Zərdüştlük dininin yaradıcısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır.
  • Birini sevmək barbarlıqdır: çünki o bunu başqalarının hesabına edir. Allah sevgisi də belədir.
  • Buğda əkən ədalət əkər.
  • Doğru həmişə yalana qalib gəlir.[1]
  • Elm insanın qəlbini işıqlandıran ilahi bir şüadır və məhəbbətlə formalaşmış xoşbəxtlik ünsürüdür. Xoşbəxtlik gətirən sevgi və yaradıcılıq bir-birinə ehtiyac duyur və birlikdə mövcuddur.
  • Ən yaxşı mükafat haqq, ən pis günah isə yalandır.
  • Haqsız söz danışan həmyaşıdını aldada bilər, amma Allahı aldatmaz.
  • Həddindən artıq azadlıq və həddindən artıq xidmət eyni dərəcədə təhlükəlidir və demək olar ki, eyni nəticələrə səbəb olur.
  • Hökmdarlar da, rəhbər də ədaləti üçün seçilməlidir.
  • Xoşbəxtlik başqalarının xoşbəxtliyini istəyənindir.
  • İnsan özünü müqəddəs və möhkəm bir sevgi ilə sevməyi öyrənməlidir. İnsan özünə dözməyi öyrənməlidir.
  • İnsanlar təkamülə və ölümsüzlüyə saf xarakterlə nail olurlar.
  • İşdə ən vacib şey işçinin fədakarlığıdır.
Qulağınızla bu ən yaxşı nəsihətlərə qulaq asın, Onları işıqlı mühakimə ilə düşünün.
  • Qulağınızla bu ən yaxşı nəsihətlərə qulaq asın, Onları işıqlı mühakimə ilə düşünün.
  • Öldürülən heyvanların ətini yeməkdən çəkinənlər müqəddəs ruha və həqiqətə sahib olacaqlar.
  • Öz mənfəətin üçün başqalarına ziyan verməkdən çəkin.
  • Şübhəniz varsa, çəkinin.
  • Ürəyinə qalib gəlməyən heç nəyə qalib gələ bilməz.
  • Yaxşı fikir, yaxşı söz, yaxşı əməl.
  • Yaxşı insan yaxşı fikirlər, sözlər və əməllərlə zəngindir.
  • Yaxşı niyyət et, yaxşılıq et, düz danış.

İstinadlar

[redaktə]
  1. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, "Elm-təhsil" nəşriyyatı, 2012,