Ağılsız
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl insana ağılsız yaşamağını görmək üçün yox, ağıllı yaşamaq üçün verilir. Vissarion Belinski
- Ağıl yer üzündən götürülsə də, heç kəs ağılsız olduğunu qəbul etməz. Sədi
- Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər. Hind atalar sözləri
- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin bağqaların da başına gəlməsinə sevinib təsəlli tapır. Aristotel
- Ağılsız adam dostu ancaq özü çətinə düşəndə salar. Gürcü atalar sözləri
- Ağılsız adamla mey içmə zinhar,
Çirkin işlər ilə qəlbini qırar. Nizami Gəncəvi - Ağıllı arvad ara, ağılsız arvad vara qaçar. Azərbaycan atalar sözləri/A
- Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər. Azərbaycan atalar sözləri/A
- Ağıllı bu ili fikirləşir, ağılsız - bu günü. Amhar atalar sözləri
- Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx. Azərbaycan atalar sözləri/A
- Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər. Azərbaycan atalar sözləri/A
- Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız isə dünyanı özünə uyğunlaşdırmağa çalışır. Ona görə də proqres hər zaman kütbeyinlərdən asılıdır. Corc Bernard Şou
- Ağıllı insanlar mallarını canlarına sipər edərlər, ağılsızlar canlarını mallarına. Əli
- Ağıllı insanlar ümumiyyətlə səbirsiz olurlar, çünki bilikləri artdıqca ağılsızlara qarşı səbirsizliyi də artır. Baltazar Qrasian
- Ağıllı qəm yeyər, ağılsız qamçı. Azərbaycan atalar sözləri/A
- Ağıllı olub bədxah olmaqdansa, ağılsız olub xeyirxah olmaq yaxşıdır. Lak atalar sözləri
- Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. Özbək atalar sözləri
- Ağıllı özünü sınayar, ağılsız - yoldaşını. Başqırd atalar sözləri
- Ağıllı söz - daşdan qala, ağılsız söz - başa bəla. Türkmən atalar sözləri
- Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə. Ərəb atalar sözləri
- Ağıllıların xeyirli sözlərini qənimət bil, ağılsızlara qulaq asma.[1] Mir Möhsün Nəvvab
- Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət. Ərəb atalar sözləri
- Ağıllıya bir işarə bəsdir, ağılsıza başa salmaq lazımdır. Avar atalar sözləri
- Ağılsız baş əlindən səfil ayaq nələr çəkər...[2] Azərbaycan atalar sözləri/A
- Ağılsız baş sahibinə qaz güddürər. Türk atalar sözləri
- Ağılsız cahalı kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz, olmaz. Aşıq Ələsgər - Ağılsız dostdan ağıllı düşmən yaxşıdır. Azərbaycan atalar sözləri/A
- Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə öz ardınca koru aparmağa üstünlük verir. Plutarx
- Ağılsız insan tez bir zamanda ehtirasların köləsinə çevrilir. Saltıkov-Şedrin
- Ağılsız insanın gördüyü işləri xidmət hesab etmək lazım deyil. Çanakya
- Ağılsız knyazın qulluqçuları da axmaq olar. Monqol atalar sözləri
- Ağılsız köpəklər ulduza hürər. Səməd Vurğun
- Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır. Çin atalar sözləri
- Ağılsız olub xoşbəxt olmaqdansa, ağıllı olub bədbəxt olmaq yaxşıdır. Epikür
- Ağılsız ruh çirkin və ölçüsüzdür. Platon
- Ağılsız söhbətə and içməklə başlar, səfeh söhbətə - atalar sözləri ilə. Avar atalar sözləri
- Ağılsız yaxşılıq həmişə ağıllı qəddarlığı doğurur. Con Apdayk
- Ağılsız yaxşılığın əhəmiyyəti yoxdur. Hind atalar sözləri
- Ağılsız yaşamaq pisdir. Onsuz nə qazana bilərsən? Denis Fonvizin
- Ağılsıza qılınc vermək, şərəfsizə hakimyyət vermək qədər təhlükəlidir. Pifaqor
- Ağılsıza məsəl deyəndə gərək mənasını da başa salasan. Aşanti atalar sözləri
- Ağılsızın acığı sözündə, ağıllının acığı işində olar. Ərəb atalar sözləri
- Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir. Ərəb atalar sözləri
- Ağılsızın tələyə baxdığı yerdə, ağıllı odu gözləyər. Monqol atalar sözləri
- Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir. Ərəb atalar sözləri
- Ağılsızlar kabuslardan heç də yaxşı deyillər. Çanakya
- Ağılsızlar oğruların ən zərərliləridir. Yohann Volfqanq Göte
- Ağılsızlar şərab içəndə sərxoş olur, bədbəxtliklərdə isə ağıllarını itirirlər. Pifaqor
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün. Qırğız atalar sözləri
B
[redaktə]- Bəzi hiyləgərlər daha ağılsız arvad seçirlər ki, onlara rəhbərlik etsinlər və həmişə yanılırlar. Samuel Conson
- Bir ağılsıza ağıl verməkdən Qaf dağını iynə ilə un etmək yaxşıdır. (Qaf - Qafqaz). Türkmən atalar sözləri
- Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən. Mir Möhsün Nəvvab
- Böyük ağıl yiyəsi olan adam ağılsıza oxşayar. Yapon atalar sözləri
- Bütün bütpərəstlər içində özünə sitayiş edən insandan ağılsız insan yoxdur. Pyer Büast
C
[redaktə]- Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur.Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb.Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır.Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
D
[redaktə]- Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin. Azərbaycan atalar sözləri/D
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək. Azərbaycan atalar sözləri/D
- Diogen meydanda fəlsəfi nitq söyləyərkən insanların onu dinləmədiklərini görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün quş səsləri çıxarmışdır. O zaman hamı susub onu dinləməyə başlamış və bunun qarşılığında Diogenes onlara demişdir: “Bu da sizin ağlınız. Mən ağıllı şeylər haqqında danışanda məni dinləmədiniz, indi isə ağılsız quşun səslərini çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız".[3] Sinoplu Diogen
E
[redaktə]- Ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır. Oktavian Avqust
Ə
[redaktə]- Ər-arvad savaşına ağılsızlar inanar. Kürd atalar sözləri
H
[redaktə]- Hər ağılsıza heyran olacaq başqa bir ağılsız tapılar. Fransız atalar sözləri
- Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız. Aleksandr Pop
- Həyatda müvəffəqiyyətli olmaq üçün ağılsız görünməli, amma ağıllı olmalıyıq. Şarl Lui Monteskyö
- Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. Hind atalar sözləri
İ
[redaktə]- İki halda insanın özünü idarə etməsi çətin olur: ehtirasa qapılan və ağılsız adamlarla danışan zaman. Nasir Xosrov
- İnsan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz. İnsanlar bir çox hallarda bu qaydanı pozurlar, sübutun nə olduğunu bilməyə-bilməyə, guya sübut olunmuş hər şeyə inanmırlar, yaxud hər şeyə şübhə ilə yanaşırlar, çünki başa düşmürlər ki, sübut olunmuş şeylərə nə vaxt itaət etmək lazımdır, yaxud hər şeyə itaət edirlər, çünki bilmirlər ki, hansı hallarda öz başlarını işlətməlidirlər. Blez Paskal
- İnsanlar günah etməkdən yox, peşmançılıqdan, ağılsız hərəkətlərdən yox, ağıllanmaqdan, hörmətə layiq və ağıllı həyat yaşamaqdan utanırlar. Daniel Defo
Q
[redaktə]- Quşlar nə istədiklərini bilməyən, yazıq, ağılsız məxluqlardır. Qəfəsdən qaçana qədər kədər içində qıvrılırlar. Ancaq, elə bilirsiniz, azadlıqda xoşbəxt olurlar? Rəşad Nuri Güntəkin
M
[redaktə]- Mənə qohum varlıqlara zərər verməməyi özümə borc bilirəm. Bu, onların ağılsız olmaları ilə yox, hiss edən varlıqlar olması ilə əlaqədardır. Jan Jak Russo
P
[redaktə]- Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədriclə ölməkdir. Demokrit
- Pulun var - ağıllısan, pulun yox - ağılsız. Ləzgi atalar sözləri
R
[redaktə]- Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular. Edqar Allan Po
S
[redaktə]- Sevgi həyatın üzüdür; amma, ağılsız, əzablı və ölən həyatın yox, xoşbəxt və sonsuz həyatın. Lev Tolstoy
- Sevgililər yaxşı geyinmək barədə düşünərək çox ağılsız olurlar. Qadın sevimli kişinin yanında olanda o, kişinin geyimi barədə yox, tamamilə başqa şey barəsində düşünür. Stendal
- Səhv etmək insana xas olan bir əlamətdir. Yalnız ağılsız insan səhvini etiraf etməkdə inadkarlıq göstərir. Jül Vern
- Sən kiməsə yaxşılıq və ya pislik etdin və bu yaxşılıq bəhrə verdisə, sən niyə ağılsız bir insan kimi etdiyin yaxşılığa görə əlavə olaraq tərif də gözləyirsən? Mark Avreli
- Silah qorxaqda, rəhbərlik ağılsızda olsa işlər pozular. Əbu Bəkr
- Sizin nəzəriyyəniz ağılsız bir nəzəriyyədir, amma həqiqət olması üçün kifayət qədər ağılsız deyil. Nils Bor
T
[redaktə]- Təcrübə məktəbində təhsil haqqı yüksəkdir; amma ağılsızlara bir şey öyrədə bilən başqa bir məktəb də yoxdur. Conatan Svift
Ü
[redaktə]- Üç cür dost var: birincisi qida qədər ehtiyac duyduğumuz ağıllı dost, ikincisi, adamı xəstəlik qədər bezdirən ağılsız dost, üçüncüsü, adama dərman kimi, şəfa verən bilikli dost.[4] Frensis Marion
V
[redaktə]- Vicdanın səsi ilə hərəkət etmək ağlın səsi ilə hərəkət etməkdən rahatdır. Çünki, pis nəticədə vicdan həmişə özünə bəraət qazana və təskinlik tapa bilər. Ona görə də vicdanlı insanlar çox, ağılsız insanlar isə azdır. Fridrix Nitsşe
Y
[redaktə]- Yaxşı ürəkli ağılsız bir axmaq, pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bilinən bir gerçək bu - mən yaxşı ürəkli, ağılsız axmağın biriyəm. Sən də ağıllı, pis ürəkli bir axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də acı çəkirik. Fyodor Dostoyevski
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.15
- ↑ Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.103
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.90