Humanizm

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Ə[redaktə]

  • Əgər onun öldüyü həqiqətdirsə, o, böyük vətənpərvər, humanist bir insan, həqiqi dost idi. Volter

G[redaktə]

  • Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo

H[redaktə]

  • Humanistlik sivilizasiyanın yalnız vərdişi və meyvəsidir. O tamamilə yox ola bilər. Fyodor Dostoyevski
  • Humanizm ənənəvi və doqmatik ağıl quruluşunu ortadan qaldıracaq və Atatürk inqilabının əvəzsiz dəyərini şərh edə biləcək yeganə qüvvədir.[1] Suat Sinanoğlu
  • Humanizm, şüurla, təhsillə inkişaf etdirilmiş insanpərvərlikdir. Vissarion Belinski

M[redaktə]

  • Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır. Cəvahirləl Nehru

İstinadlar[redaktə]

  1. Suat Sinanoğlu, Türk Hümanizmi, s. 76