Həzz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir şeir həzz ilə başlar hikmət ilə bitər. İngilis atalar sözləri
D
[redaktə]- Doymayan yoxsuldur; və zəngindir ki, özündə olanlarla kifayətlənir və başqalarının sahib olduqlarından həzz alır. — Orison Suett Marden
E
[redaktə]- Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
- Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür. Ziqmund Freyd
- Elə bir insan yoxdur ki, o, həzzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
- Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər. Konfutsi
- Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm. Oskar Uayld
- Evlilik cismani həzz üçün deyil, nəslin davamı üçün vacibdir. Mahatma Qandi
Ə
[redaktə]- "Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir."[1] Cek Ma
- Ən təmiz, ən yüksələn və ən gərgin həzz gözəlliyin seyr edilməsindən yaranir. Edqar Allan Po
H
[redaktə]- Heç bir linza özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür. Aleksandr Pop
- Hər zaman həzz almaq - həzz almamaq deməkdir. Volter
- Həyat qısadır - ona görə də vaxt itirməyə dəyməz, ondan həzz almaq lazımdı. Lao-tszı
X
[redaktə]- Xəstəliklərin çoxu mənasız həzz və nəşələrdən törəyir. Bencamin Franklin
İ
[redaktə]- İş həyatdan həzz almağın ən yaxşı üsuludur. İmmanuel Kant
M
[redaktə]- Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir. Qotfrid Leybnis
N
[redaktə]- Nə qədər ki gəncik bundan həzz almalıyıq. Latın atalar sözləri
- Nəyisə yalnız həzz naminə edirsinizsə, deməli, daha yaşamırsınız. Ernest Heminquey
Ö
[redaktə]- Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb. Nikkolo Makiavelli
U
[redaktə]- Uşaq olanda tez böyümək istəyirik, böyüyəndə isə uşaqlığımız üçün darıxırıq. Qocalanda həyatı yavaş-yavaş öyrənir və ondan həzz alırıq. Kamal Sunal
V
[redaktə]- Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq. Paulo Koelyo
Y
[redaktə]- Yalnız o şeydən həqiqi həzz ala bilərsən ki, onu itirməkdən qorxmayasan. Jan Jak Russo
İstinadlar
[redaktə]- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014 (azərb.)