Mükəmməl
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı bir insan təklikdə, düşüncələri və təxəyyüllə mükəmməl bir əyləncəyə malikdir. Artur Şopenhauer
- Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marsel Prust
B[redaktə]
- Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. Albert Eynşteyn
- Biz dünyanı dəyişmədən onu xilas edə bilmərik. Mükəmməl təhsil almaq heç də mükəmməl həyat fəlsəfəsinə yiyələnmək demək deyil. Anatol Frans
C[redaktə]
- Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir. Samuel Smayls
Ə[redaktə]
- Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil. Jan Jak Russo
- Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır. Yohann Volfqanq Göte
G[redaktə]
- Gözəllik duyğusu aşılamadan mükəmməl insan yetişdirmək olmaz. Rabindranat Taqor
H[redaktə]
- Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə - özünü öldürməkdir. Georq Vilhelm Fridrix Hegel
İ[redaktə]
- İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfəsində “hə” deməz, mükəmməl kişi isə ikinci şansı verməz. Anton Çexov
- İnsanın bilə biləcəyi şeylər məhduddur və özü kimi mükəmməl deyil. Cambattist Viko
Q[redaktə]
- Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir
M[redaktə]
- Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
- Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq və onların səviyyəsinə çatmaqdır. Blez Paskal
S[redaktə]
- Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol! Bob Marli
T[redaktə]
- Tanrının elminin mükəmməl olması ve onun aldanmaz ve aldatmaz olması inanışı, vəhyin əsasını yaradır. Rene Dekart
- Təbiət-incəsəntin əbədi nümunəsi, insan isə təbiətin ən mükəmməl əsəridir. Vissarion Belinski
Ü[redaktə]
- Ümumiyyətlə ən mükəmməl olduğumuz anlarda özümüzün gözümüzə çarpmasından qorxarıq. Abraham Maslau
Z[redaktə]
- Zaman ən yaxşı yazardır. Hər zaman mükəmməl sonu yazar. Çarli Çaplin