Aşiq

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır. Karl Saqan.
  • Aşiq atəşə düşsə də yanmaz. Əhməd Yəsəvi
  • Aşiq eşqinin hökmü altına əqlinin ölçüsündə girməlidir. İbn Ərəbi
  • Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə bölüşmək istəyir. Əbu Turxan
  • Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. Şəms Təbrizi
  • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
  • Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. Yunus Əmrə
  • Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marsel Prust
  • Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. Aqata Kristi
  • Aşiq özünün aşiq olduğunu bilməməlidir. İbn Ərəbi
  • Aşiq sevgilisinin sevincinə sevinir. Əbu Turxan
  • Aşiq vüsalla ayrılıq arasında bir fərq görməməlidir. İbn Ərəbi
  • Aşiqin ən böyük səadəti onun gözlərində bütün dünyanın gözəlləşməsidir. Əbu Turxan
  • Aşiqin göz yaşı könül sirrinin sıza-sıza axmasıdır. Məhmət Rasim Mutlu

B[redaktə]

  • Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
  • Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının səbəbi, onun sənə aşiq olmasını istəməyindi. Çak Palanik
  • Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir. Oskar Uayld
  • Bütün aşiqlər divanədir. Amma bütün divanələr aşiq deyil. Əbu Turxan

D[redaktə]

  • Doğru insanı axtarır hər kəs aşiq olmaq üçün... Heç kim çalışmır doğru insan olmaq üçün. Ceyhun Yılmaz

E[redaktə]

  • Elmi başqalarına izah etməmək mənə əqlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
  • Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. Yunus Əmrə
  • Eşq bir günəşə, aşiq olmayan isə bir könül də sərt daşa bənzər. Yunus Əmrə
  • Eşq meyindən içən aşiq açılmaz. Veysəl Şatıroğlu
  • "Eşqə inanmam və əsla ağlamam" dediyin halda, başını yastığa qoyduğunda ağılına o gəlib, gözlərin dolursa, aşiqsən deməkdir.Can Dündar

Ə[redaktə]

  • Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər. Pablo Neruda
  • Əvvəl aşiq yanar, sonra məşuqu. Türkmən atalar sözləri

H[redaktə]

  • Heç bir qadın bir adamla pulu üçün evlənməz. Qadınlar bir milyonerlə evlənmədən əvvəl ona aşiq olacaq qədər ağıllıdır. Çezare Paveze
  • Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən. Can Dündar
  • Həyat nə qədər gözəl olardı; insan həm "aşiq", həm də "sadiq" olmağı bacara bilsəydi. Can Dündar

İ[redaktə]

  • İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər. Oskar Uayld

K[redaktə]

  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami
  • Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. Əbu Turxan
  • Kimə gözəl bir söz söyləsəm ona aşiq olduğumu fikirləşir. Halbuki mən onlara yox, o sözü söyləyərkən xəyal etdiyim insana aşiqəm. Ceyhun Yılmaz
  • Kişi gözləri ilə aşiq olur, ancaq qulaqları ilə peşman olur. V. Vasilyeviç.

Q[redaktə]

  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. Can Yücəl
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar. Oskar Uayld

M[redaktə]

  • Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır. Əbu Turxan
  • Məhəbbət haqqında gözəl danışan əsl aşiq deyil. Petrarka
  • Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun. Yunus Əmrə
  • Məşuq bir güzgüdür ki, aşiqə öz içində yaratdığı idealı göstərir. Əbu Turxan

O[redaktə]

  • O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. Can Dündar

Ö[redaktə]

S[redaktə]

  • Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal dünyasına köç edir. Əbu Turxan
  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb. Jorj Sand
  • Sevgili aşiqin qəlbindədir. Fəqət aşiq sevgilinin özündə olduğunu bilməz, onu yenə kənardakı sevgili vasitəsi ilə tanıyar. İbn Ərəbi
  • Sevmək, sevməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır. Fransua de Laroşfuko
  • Sevməyən sevgili aşiqin qəlb işığını özünə qaytaran güzgü kimidir; özü biganə olsa da, aşiqin qəlbini daha da alovlandırır. Əbu Turxan
  • Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz. Qabriel Qarsiya Markes