Məzmuna keç

Françesko Petrarka

(Petrarka səhifəsindən yönləndirilmişdir)
Wikipedia logo
Wikipedia logo
Françesko Petrarka haqqında Vikipediyada məqalə var.
Françesko Petrarka
Doğum tarixi 1304
Doğum yeri Arezzo
Vəfat tarixi 1374
Vəfat yeri Arquà Petrarca
Dəfn yeri Arquà Petrarca, Q55086272
Vikipediya məqaləsi

Françesko Petrarka -(1304-1374) - italyan şairi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədbəxt çox böyük ümidlərə etibar etməz.
  • Çox yemək insana aclıqdan daha çox zərər verdiyi kimi, çox oxumaq da onun zehninə zərər verə bilər...
  • Dünyadakı bütün sevinclər qısa bir yuxudur.
  • Həyatım boyu görmüşəm ki, ən böyük və hiss olunmayan vaxt aparan şey dostlarla söhbət etməkdir; dostlar zamanın böyük oğrularıdır.
  • Xəsislik artdıqca qəddarlıq da güclənir.
  • Kimin pisliyi çox olarsa, onun ağaları çox olar.
  • Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır.
  • Kitabları həbsxanada olduğu kimi bağlı saxlamaq olmaz, onlar mütləq kitabxanadan yaddaşa keçməlidir.
  • Kitabların xüsusi cazibəsi var; kitablar bizə həzz verir: bizimlə danışır, yaxşı məsləhətlər verir, bizim üçün canlı dost olurlar.
  • Kölgə öz-özünə yaranıb özünü saxlaya bilmədiyi kimi, izzət də: əgər fəzilət onun əsası kimi xidmət etmirsə, o, nə həqiqi, nə də qalıcı ola bilməz.
  • Məhəbbət bəşəriyyətin baş lütfü, ruhun ən müqəddəs haqqı, bizi vəzifə və həqiqətə bağlayan qızıl halqadır, qəlbi həyata uyğunlaşdıran xilasedici prinsipdir və əbədi yaxşılığın peyğəmbəridir.
  • Nə qədər sevdiyini ifadə edə bilmək az sevgi deməkdir.
  • Nə qədər sevdiyini deməyi bacarmaq az sevmək deməkdir.
  • O məhəbbətdə ki, dostluq, yoldaşlıq, ümumi mənafe yoxdur, belə məhəbbət dayaz və zəifdir.. [1]
  • Onun gözəl simasında ölüm gözəl görünürdü.
  • Ömrümüzün məqsədi və sonu zirvədədir, ziyarətimiz ona doğru yönəlib.
  • Sevgi sevənin xasiyyətini sevdiyinin obrazına uyğun olaraq dəyişir.
  • Siz məşum ruh xəstəliyindən əziyyət çəkirsiniz. Müasirlər buna melanxolik deyirlər, qədimdə bunu əqli tənbəllik adlandırırdılar.
  • Sülh və təhlükəsizlik üçün güc axtarmaq, fırtınadan sığınmaq üçün vulkana dırmaşmaq deməkdir.
  • Şöhrət heç vaxt ölülərə kömək etməz. O, sağ ikən dəfələrlə öldürülüb.
  • Şöhrətin olmaması yalançı şöhrətə sahib olmaqdan yaxşıdır.
  • Şübhə dostluğun xərçəngidir.
  • Yalnız zəif sevənlər sevgisini şərh edə bilər.

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005