Məzmuna keç

Fəzilət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar... Konfutsi
  • Ağlın işığı ilə işıqlandırılmayan fəzilət zərər verə bilər. Onore de Balzak
  • Bir millətin böyüklüyü, əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi insanlarının sayıyla müəyyən olur. Viktor Hüqo
  • Fəzilət bütün insanlardan tələb olunan universal bir şeydir və fitri bir şey deyil, fərddə öz fəaliyyəti ilə yaranan bir şeydir. Georq Vilhelm Fridrix Hegel
  • Fəzilət də böhtançılığa meyllidir. Uilyam Şekspir
  • Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir. Məhəmməd Tağı Sidqi
  • Fəzilət kimi qəbul etməmək üçün heç bir qüsur o dərəcədə də sadə deyil. Uilyam Şekspir
  • Fəzilət naminə edilən hər şey gözəldir. Platon
  • Fəzilət növlərinin əhatə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur... Nəsirəddin Tusi
  • Fəzilət öyrənilməli və öyrənilə bilən, ancaq taleyi qəribə bir sənətə çevrildi: digər sənətlər inkişaf etdirilərkən və bir nəsil digər nəsildən öyrənildiyi halda, yalnız əxlaq nəzərə çarpacaq dərəcədə artmadı və burada ortaya çıxdı hər kəs yenidən öyrənməyə məcbur olur və əvvəlki nəsillərin təcrübəsindən istifadə edə bilmir. Georq Vilhelm Fridrix Hegel
  • Fəzilət ruhun gözəlliyidir. Sokrat
  • Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Ralf Uold Emerson
  • İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
  • Mənim üçün yeganə fəzilət həqiqəti axtarmaqdır. Mahatma Qandi
  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi
  • Vicdan itirilərkən, fəzilət də, gözəllik də itirilir. Vicdanın itirilməsi gözəlliyi çirkinliklə əvəz edir. Məhəmməd Dəvvani

Həmçinin bax

[redaktə]