Falçı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı kişini falçılar sevməz. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir insanın gələcək taleyindən xəbər vermək üçün öncə görən yaxud falçı olmaq lazım deyil. Ona sadəcə bu sualı vermək kifayətdir: “Həyatdakı əsas məqsədin nədir və ona necə nail olmağı düşünürsən?”. Napoleon Hill
F
[redaktə]- Fal yox, yumurta da yox. Azərbaycan atalar sözləri/F
- Fala inanma, falsız da qalma. Azərbaycan atalar sözləri/F
- Falçı fala baхar, canını оda yaхar. Azərbaycan atalar sözləri/F
- Falçı falçıya fənd vurmaz. Azərbaycan atalar sözləri/F
- Falçı öz gələcəyini bilmir. Yapon atalar sözləri
- Falı camaatın ağzından öyrən. Ərəb atalar sözləri
- Falın faldır, fərmanın allah. Azərbaycan atalar sözləri/F
- Fəlsəfə və tibb insanı heyvanlardan ən ağıllısı etdi; fala baxma və astrologiya (münəccimlik) - ən düşüncəsiz; mövhumat və despotizm - ən bədbəxt. Sinoplu Diogen
İ
[redaktə]- İndi falçılar insanlara peyğəmbərlik edirlər: “Mən sizə min illər, on minlərlə il yaşamaq imkanı verəcəyəm”. Söhbətlər, minlərlə, on minlərlə il qulağı ovsunlayır, lakin insanların ömrünü bir gün də uzadacağına dair heç bir sübut yoxdur. Ona görə də insanlar falçılara etinasız yanaşırlar. Han Fei
Ö
[redaktə]- Ölən adamın ulduz falı ilə məsləhətləşməyin nə faydası var? Seneqal atalar sözləri
T
[redaktə]- Təəccüblüdür ki, falçı kahinlər bir-birinin üzünə baxanda gülməkdən özlərini necə saxlaya bilirlər. Mark Tulli Siseron
Y
[redaktə]- Yumurtlamadı, falını da yedi?! Azərbaycan atalar sözləri/Y