Məzmuna keç

Haram



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aca nə halal, nə haram?! Azərbaycan atalar sözləri/A
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Biz bir neçə səbəbdən nüvə silahı istəmirik. Bu sılah insanlığa ziddir. Dini inancımıza görə də nüvə silahının əleyhinəyik. Dinimiz bunları haram buyurur və biz də dindar bir xalqıq[1] Mahmud Əhmədinejad
  • Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz. Həzrəti Ömər
  • İbadət ona deyilir ki, öz böyük Yaradanına, Ona yaxın olanlara, məsələn, məlaikələrə, peyğəmbərlərə, imamlara, övliyalara sitayiş edib onlara şükür deyəsən, onların dediklərinə tabe olub, halal və haram haqqında şəriət sahibinin əmrlərini yerinə yetirəsən, bir sözlə, möminliyin ən yüksək dərəcəsi olan “təqva”nı özünə şüar edəsən. Nəsirəddin Tusi
  • İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək. Həzrəti Əli

İstinadlar

[redaktə]