Məzmuna keç

Tədbir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. Mövlana Cəlaləddin Rumi
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Bayram- bu, icazə verilmiş məcburi tədbirdir.[1]Ziqmund Freyd
  • Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır. Fukidid
  • Düşmənin bir qarışqa da olsa, tədbirini gör. Kürd atalar sözləri
  • Düzgün fikirləşib doğru tədbir tökmək, ağıl və təmkinlə hərəkət etmək hər şeydən üstündür. Kəlilə və Dimnə
  • Əgər aktyor öz hərəkətlərində azacıq da olsa ritmi pozarsa, yaxud şeir söyləyərkən hər hansı bir hecanı ya qısa, ya da uzun tələffüz edərsə, onu fitə basacaqlar. Hər hansı bir şeirdən daha nizamlı hərəkətdən daha çox tədbirlər tələb edən həyatda isə ən azı bir hecada səhv buraxmağın mümkün olduğunu hesab edirsən? Mark Tulli Siseron
  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
  • Gördüyünüz kimi, həyat bizə qarşı çox qəddardır: bizi tez-tez öhdəsindən gələ bilmədiyimiz əzablar, məyusluqlar və reallaşması qeyri-mümkün olan cürbəcür başqa hallarla sınağa çəkir. Nəyəsə daha çox dözə bilmək üçün gördüyümüz müvəqqəti tədbirlər bizi həmin vəziyyətdən çıxarmır. Bu cür tədbirləri üç yerə ayıra bilərik. Birincisi, düşdüyümüz acınacaqlı vəziyyətə əhəmiyyət verməməyimizə səbəb olan güclü yayındırıcı hallar; ikincisi, bu səfalət hissini azaldan müvəqqəti məmnuniyyətlər; üçüncüsü, bizləri bu hissə qarşı biganələşdirən uyuşdurucu maddələrdir. Ziqmund Freyd
  • İnsanlar məcburiyyət qarşısında qalanda onların xeyirləri üçün düşünülmüş tədbirləri qəbul etməyəcək və yerinə yetirməyəcəklər. Corc Vaşinqton
  • Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. Rual Amundsen
  • Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim. Mark Tven
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
  • Ölkədə baş verən zülm və qanunsuzluqları şah ya bilir, ya da bilmir. Bilib onları aradan qaldırmaq və qarşısını almaq üçün tədbir görmürsə, demək, o, özü zalımdır, ona görə də zülmə yol verir; bilmirsə, deməli, başısoyuq və ölkədən xəbəri olmayan adamdır. Nizamülmülk
  • Siyasətçinin ən böyük məziyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir. Uinston Çörçill
  • Sizin yaratdıqlarınız bizim nəyimizə lazım idi? Onlardan ən yaxşılarını seçib xüsusi sərgilər təşkil edirdik. Yetmişinci illərin axırı, təsirimiz maksimum həddə çatanda bütün ölkə üzrə tədbirlər keçirirdik. Nazirlər, yepiskoplar, müxtəlif məşhur adamlar gəlirdi. Nitqlər söylənilir, yardıma böyük məbləğlər verilirdi. «Budur, baxın! – bəyan edirdik. – Bu incəsənət əsərlərinə baxın! Cəsarət edib necə deyə bilərsiniz ki, bunların müəllifi insan deyil?». İşiquro Kazuo
  • Tədbirləri baş tutmayanda düşmən dostluq fikrinə düşər və dostluqla elə işlər görər ki, onu heç bir düşmən bacarmaz. Sədi Şirazi
  • Təhlükəni heçə saymaq yox, onu qabaqcadan duyub tədbir görmək cəsarətidir. Rene Dekart

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015