Məhrum
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıldan məhrum güc öz-özünə məhv olur. Horatsi
- Allah ilanın ürəyindəkini bildiyinə görə onu ayaqdan məhrum elədi. Amxar atalar sözləri
- Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
- Azadlığa inanan bir dinə inanıram. Xalqım üçün mübarizə etməyi məhrum edən bir dini qəbul edəcək olsaydım, o dinin canı cəhənnəmə deyərdim. Malkolm X
B
[redaktə]- Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər. Çanakya
- Born This Way albomu yetkinluq simvolu idi, amma ARTPOP yetkinluqdan məhrum olacaq, o daha rəngli olacaq. Ledi Qaqa
- Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır. Çanakya
D
[redaktə]- Dünya sərvətlərinin bölüşdürülməsi və dünya xalqlarının oturaq birliyi əslində bir şeydir, çünki bütün müasir müharibələrin arxasında fundamental iqtisadi problem dayanır. Bunu həll edin və müharibələr böyük ölçüdə dayanacaq. Buna görə də, hazırda Birləşmiş Millətlər Təşkilatının axtardığı və vurğuladığı sülhün qorunub saxlanmasını nəzərə aldıqda dərhal aydın olur ki, sülh, təhlükəsizlik və dünya sabitliyi ilk növbədə iqtisadi problemlə bağlıdır. Ehtiyacdan azad olduqda, müharibənin əsas səbəblərindən biri aradan qalxacaq. Dünya sərvətlərinin qeyri-bərabər bölüşdürüldüyü və bəzi xalqların hər şeyə sahib olduğu və ya götürdüyü, digər xalqların isə yaşayış üçün lazım olan ehtiyaclardan məhrum olduğu bir vəziyyət varsa, orada problem yaradan bir amilin olduğu və nəyisə etmək lazım olduğu göz qabağındadır. Alisa Beyli
- Dünyada dostluqdan gözəl şey yoxdur, onsuz yer üzü sanki günəşdən məhrum olardı. Mark Tulli Siseron
Ə
[redaktə]- Əgər sevgidə seçim iradədən və düşüncədən asılı olsaydı, o zaman sevgi hissdən, ehtirasdan məhrum olardı. Vasitəsizlik elementinin iştirakı düşüncəli sevgidə də görünür. Çünki, bir neçə layiqli insandan yalnız biri seçilir və bu seçim ürəyin qeyri-iradi meylinə əsaslanır. Vissarion Belinski
- Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki? Bencamin Franklin
F
[redaktə]- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm nemətdir. Məhəmməd Tağı Sidqi
H
[redaktə]- Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
- Həyatda yaxşılıq bacarmayanlar ana məhəbbətindən məhrum olanlardır. Məhəmmədhüseyn Şəhriyar
X
[redaktə]- Xırda işlərə həddindən artıq meyl edən adamlar, adətən, böyük işlər görməkdən məhrum olurlar. Fransua de Laroşfuko
İ
[redaktə]- İnsan, sevgi və inanc kimi böyük bir qüvvətdən məhrum başlama nöqtəsində irəlləyir və məqsədə doğru gedirsə bu başa düşüləcək bir şey deyil. Albert Payk
- İnsan təbiəti belədir: ən pis vəziyyətə düşməyincə mövqeyimizi əsla görmürük və malik olduğumuz nemətlərdən məhrum olmayınca onları dəyərləndirmirik. Daniel Defo
- İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır. II Mehmed
Q
[redaktə]- Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı. Nikola Şamfor
- Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
- Qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar. Abbasqulu ağa Bakıxanov
M
[redaktə]- Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Həsən bəy Zərdabi
- Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. Qay Krisp Sallyusti
- Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Tur Xander
- Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar. Əbu Turxan
- Mühəndislik hesablamalarına əsasən inşa edilməyən bir bina neçə yıxılarsa, əbədi bir qanun sayılan ədalətdən məhrum olan imperatorluqlar da eləcə çökər..[1] Jan Batist Anri Lakorder
N
[redaktə]- Narkotiklər məni həyatımın ən vacib anlarından məhrum etdi: qızımın böyüməsini görmədim. Özümü heç vaxt bağışlamayacağam. Dieqo Armando Maradona
Ö
[redaktə]- Öz fikirlərini aydın deyə bilməmək qüsurdur, ancaq şəxsi fikirdən məhrum olmaq daha böyük qüsurdur. Konstantin Uşinski
- Öz zamanını qabaqlamış adamlar onu hər cür rahatlıqdan məhrum sığınacaqlarda gözləməli olmuşlar. Boetsi
Ş
[redaktə]- Şərəf və namusdan məhrum millətlər gec-tez azadlıq və müstəqilliklərini itirərlər. Adolf Hitler
- Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur. Viktor Hüqo
- Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. Lyuk de Klapye Vovenarq
Ü
[redaktə]- Ürəyi arzudan məhrum etmək - yer üzünü atmosferdən məhrum etmək deməkdir. Eduard Bulver-Litton
- Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır. Fransua de Laroşfuko
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.136