Şübhəli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
B
[redaktə]- Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür. Volter
D
[redaktə]- Daşı şübhəli yerə atarlar. Amxar atalar sözləri
E
[redaktə]- Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. Karl Saqan
G
[redaktə]- Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz. Ömər ibn əl-Xəttab
H
[redaktə]- Hətta şübhəli fikirlər də ustalıqla həyata keçirilə bilər. Leşek Kumor
İ
[redaktə]- İnanmaq çox darıxdırıcıdır. Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Tətikdə olmaq yaşamaqdır. Təhlükəsizlik uğruna uyğunlaşmaq ölümdür. Oskar Uayld
- İnsan həyatının zamanı andır, mahiyyəti əbədi axın, hissi tutqun, bütün bədəninin quruluşu fani, ruhu qeyri-sabit, taleyi müəammalı, şöhrəti şübhəli. Bir sözlə, yuxu və tüstü kimi ruha aid olan axın kimi, ona aid olan hər şey. Həyat, qürbətdə mübarizə və səyahətdir. Ölümdən sonrakı şöhrəti unutmadır. Amma nə yola çıxara bilər? Mark Avreli
Q
[redaktə]- Qalib hər zaman hakim, şübhəli məğlub olacaq. German Görinq
- Qrammatikasız orotoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, hüquqşünaslıq şübhəlidir.[1] Mixail Lomonosov
L
[redaktə]- Lazımi işlərdə birlik, şübhəli işlərdə azadlıq, bütün işlərdə mərhəmət. Latın atalar sözləri
O
[redaktə]- Onun əvvəllər baş əydiyi dəyərlər birdən-birə saxta çıxdı, gözlədiyi uğur isə çox şübhəli şəkildə məğlubiyyətə bənzəyir. Teodor Drayzer
Ş
[redaktə]- Şübhəli anlarda və tərəddüd edəndə insan çaşıb qalır və hansı yolla gedəcəyini bilmir, amma o bir yol seçir və seçdiyi yolla getməyə hazır olanda, daxili bir səs onu bu yoldan saxlayır. Baxmayaraq ki, hər şey-təbii meyllər, simpatiya, sağlam düşüncə, hətta aydın dərk edilmiş müəyyən məqsəd onu bu yola çağırır, amma ruhu onu bu yolla getməyə qoymayan hansısa görünməz bir qüvvənin təsiri altından çıxa bilmir. Amma sonra məlum olur ki, əgər o, əvvəlcə seçdiyi və şüuruna görə seçməli olduğu yolla getsəydi, bu onun ölümünə səbəb olardı...Daniel Defo
- Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Oskar Uayld
Z
[redaktə]- Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. Avreli Avqustin
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.