Kar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
Ə
[redaktə]- Əvvəl kar, sonra yar. (kar - iş). Türk atalar sözləri
G
[redaktə]- Gözün ola-ola kor ola bilərsən, Qulağın ola-ola kar ola bilərsən. Monqol atalar sözləri
X
[redaktə]- Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır. Özdəmir Asaf
K
[redaktə]- Kar bir ərlə, kor bir qadın xoşbəxt bir cütdür. Danimarka atalar sözləri
- Kar bir yana, kor bir yana. Türkmən atalar sözləri
- Kar eşitdiyin, kor tutduğun buraxmaz. Azərbaycan atalar sözləri/K
- Kar eşitməz - yaraşdırar, kor görməz - quraşdırar. Azərbaycan atalar sözləri/K
- Kar iki dəfə gülər. Azərbaycan atalar sözləri/K
- Kar iti qurd aparar. Azərbaycan atalar sözləri/K
- Kar könlündəkini anlar. Azərbaycan atalar sözləri/K
- Kar üçün iki dəfə azan verilməz. Azərbaycan atalar sözləri/K
- Kar üçün iki dəfə təbil çalmazlar. Abxaz atalar sözləri
- Kara mahnı oxuma, eşitməyəcək. Rus atalar sözləri
- Karın başına balta vurdular, dedi: bu nə taqqatuqdu. Azərbaycan atalar sözləri/K
- Karsızını alınca, subay otur ölüncə. Türkmən atalar sözləri
- Kitabsız yaşamaq, kor, kar, dilsiz yaşamağa bənzəyər. Seneka
R
[redaktə]- Rahatlıq istəyən adam - kor, kar, lal gərək. Azərbaycan atalar sözləri/R