Keçəl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?! Azərbaycan atalar sözləri/B
- Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz. Azərbaycan atalar sözləri/B
E
[redaktə]- Elə keçəl deyil ki, qartmağı yerə düşə. Azərbaycan atalar sözləri/E
H
[redaktə]- Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. Eleyn Busler
- Hər başda bir fikir var, təkcə keçəlin başında — yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir.) Qaraqalpaq atalar sözləri
X
[redaktə]- Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?! Azərbaycan atalar sözləri/X
K
[redaktə]- Keçəl baxar güzgüyə -adın qoyar özgəyə. Azərbaycan atalar sözləri/K
- Keçəl başa taxta daraq?! Azərbaycan atalar sözləri/K
- Keçəl başından qorxar, kor gözlərindən. Azərbaycan atalar sözləri/K
- Keçəl başını yudunmu? — Yudum da, daradım da. Azərbaycan atalar sözləri/K
- Keçəl dərman bilsə, öz başına sürtər. Azərbaycan atalar sözləri/K
- Keçəl düzünü desə də, başına qapaz dəyər. Azərbaycan atalar sözləri/K
- Keçəl gileyləndi ki, daraq bahalanıb. Azərbaycan atalar sözləri/K
- Keçəl gileyləndi ki, daraq bahalaşıb Gürcü atalar sözləri
- Keçəl halva yeyər, puluna minnət. Azərbaycan atalar sözləri/K
- Keçəl Həsən, Həsən keçəl, nə fərqi? Azərbaycan atalar sözləri/K
- Keçəl qız bacısının saçı ilə öyünər. Azərbaycan atalar sözləri/K
- Keçəl qız bəzənincə toy əldən getdi. Azərbaycan atalar sözləri/K
- Keçəl qız çeşmənin gözündən su içər. Azərbaycan atalar sözləri/K
- Keçəl qızı, saçlı deyib ağlama. Azərbaycan atalar sözləri/K
- Keçəl qızım saçlı deyib ağlar. Azərbaycan atalar sözləri/K
- Keçəl qızın nəyi var? Dəmirdən bir darağı. Azərbaycan atalar sözləri/K
- Keçəl suya getməz. Azərbaycan atalar sözləri/K
- Keçəl var — zığıdı keçəl, keçəl var — noxudu keçəl. Azərbaycan atalar sözləri/K
- Keçəl yaradı, öz başını daradı. Azərbaycan atalar sözləri/K
- Keçələ baxma, bəxtinə bax. Azərbaycan atalar sözləri/K
- Keçələ kosa qənim olsun. Azərbaycan atalar sözləri/K
- Keçəli gün çıxmamış gör. Azərbaycan atalar sözləri/K
- Keçəli Zülfəli çağırarlar. Azərbaycan atalar sözləri/K
- Keçəlin bəxti yaxşı olar. Azərbaycan atalar sözləri/K
- Keçəlin dırnağı olsa, öz başını qaşıyar. Azərbaycan atalar sözləri/K
- Keçəlin papağı düşənəcəndir. Azərbaycan atalar sözləri/K
- Keçəlin tükdən acığı gələr. Azərbaycan atalar sözləri/K
P
[redaktə]- Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər. Kürd atalar sözləri
P
[redaktə]- Pis qadın yaxşı kişini keçəl eləyər, yaxşı qadın pis kişini yaxşı eləyər. Kürd atalar sözləri
Ş
[redaktə]- Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?! Azərbaycan atalar sözləri/Ş
Y
[redaktə]- Yumru qaya, yumru daş, keçəl baş. Azərbaycan atalar sözləri/Y