Yalvarmaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Avara bir toxa axtarır və özü də yalvarır: "İlahi, elə et ki, tapa bilməyim". Madaqaskar atalar sözləri
B
[redaktə]- Biz nə Şərq, nə də Qərbik. Bizim sinəmizdə sərhədlər yoxdur. Biz azadıq: nə aypara, nə də xaçı arzu edirik. Nə Budda, nə də Məsihə yalvarır, nə müsəlman, nə də yəhudiyə nifrət edirik. Biz azadıq! Əmin ər-Reyhani
- Bizim bütün əməllərimiz arxamızca gəlib yalvarır: ey insan, yaxşılıq elə! Hind atalar sözləri
Ə
[redaktə]- Əvvəl ağacla başına vurur, sonra da ayağına düşüb yalvarır. Benqal atalar sözləri
G
[redaktə]- Gəlin evə girmək üçün yalvardı, çöpçü evdən çıxdı. Hakka atalar sözləri
H
[redaktə]- Heç vaxt qazanmağa gücün çatan şeylər üçün yalvarmağa dözmə. Miqel de Servantes
- Hiylə ilə yaşamaq, yaxud ağlayıb yalvarmaq yaşamaq deyil, gün keçirməkdir. Abay Kunanbayev
İ
[redaktə]- İlk öpüşü kişi oğurluqla alır, ikinci öpüşü yalvararaq, üçüncü öpüşü tələb edərək, dördüncü öpüşü soruşmadan, beşinci öpüşü minnətlə, qalanlarını isə sadəcə olaraq göz yumub dözərək. Helen Rovland
Q
[redaktə]- Qaçan da Allaha yalvarır, tutan da. Gürcü atalar sözləri
S
[redaktə]- Sevgi üçün yalvarmalı olan insan dilənçilərin ən bədbəxtidir. Rabindranat Taqor
Ş
[redaktə]- Şeytan ona uyğun gəlməmiz üçün yalvarır, yaxşı biz çox yaxşı insanlar olduğumuz üçünmü onun xətrinə dəyə bilmirik? Oldos Haksli
Y
[redaktə]- Yaltaqlığı mükafatlandıran onun üçün yalvarır. Tomas Fuller
- Yaş otuz beş! Yolun yarısıdır.
Dante kimi həyatın ortasındayıq.
Gəncliyimizin incisi,
Yalvarıb yalvarmaq əbəsdir bu gün,
Geriyə baxmadan gedir...
Göyün də başqa rəngi var! Cahid Sidqi Tarançı