Devid Rokfeller
Görünüş
Devid Rokfeller | |||
Doğum tarixi | 12 iyun 1915 | ||
Doğum yeri | Manhetten | ||
Vəfat tarixi | 20 mart 2017 | ||
Vəfat yeri | Pocantico Hills | ||
|
Devid Rokfeller - (12 iyun 1915,Nyu-York, ABŞ - 20 mart 2017,Pocantico Hills, Nyu-York ştatı, ABŞ)-Amerikalı bankir, dövlət xadimi və iş adamı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bilirsiniz, həyatda mənə ən çox zövq verən nədir? Sərf etdiyim əməyin necə divident gətirdiyini görmək.
- Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.
- Böyük xərclərdən qorxmaq lazım deyil, qorxmalı olduğunuz kiçik mənfəətlərdir.
- Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.
Ə
[redaktə]- Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.
İ
[redaktə]- İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.
- İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur – necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən … və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.
M
[redaktə]- Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun.
- Mən heç zaman həyatda hansı mövqe tutacağımı və nəçi olacağımı təxmin etmirdim, amma həmişə bilirdim ki, böyük bir işdən ötrü doğulmuşam.
- Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam.
- Mən yəqin ki, işə daha çox təşəbbüskar olan insanı götürərdim, nəinki hər şeyi biləni.
- Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.
- Məndə bir duyğu var ki, mən ona görə uğur qazanır və hər yerdə gəlir əldə edirdim ki, çünki Allah bilirdi ki, mən bunun qarşılığını tam ödəyəcəyəm.
- Mənə düşünən deyil, işləyən xalq lazımdır.
- Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur.
Ö
[redaktə]- Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.
P
[redaktə]- Pul qazanmağın üsulu odur ki, küçələrdə qan töküldüyü vaxtda almağı bacarasan.
S
[redaktə]- Sizin rifahınız özünün verdiyi qərarlardan asılıdır.
Y
[redaktə]- Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən.
Z
[redaktə]- Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.