Mişel de Monten

Vikisitat saytından
(Mişel Monten səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Wikipedia logo
Mişel de Monten haqqında Vikipediyada məqalə var.
Mişel de Monten

Mişel de Monten -(1533-1592) - fransız filosofu və yazıçısı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Avaraçılıq ən böyük istedadı da məhv edir.
  • Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.[1]

B[redaktə]

  • Başqalarına olduğu qədər özümüzə də yadıq.
  • Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.
  • Bədəni razılıqsız və istəksiz sevmək ruhsuz və hissiz bədəni sevməkdir.
  • Bir ailəni idarə etmək bir dövləti idarə etməkdən heç də asan deyildir.
  • Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.
  • Bir polyakı eynilə bir fransız kimi qucaqlayıram, dünya ilə qohumluğumu öz xalqımla qohumluğumun üstündə tuturam.
  • Bizim sevdiyimiz insan bizə həqiqətən olduğundan gözəl görünür.
  • Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.

C[redaktə]

  • Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir.

D[redaktə]

  • Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
  • Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız.
  • Düşmənindən də nəsə öyrənə bilərsən.

E[redaktə]

  • Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır.
  • Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.

Ə[redaktə]

  • Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.
  • Ən cox inandığımız şeylər, ən az bildiklərimizdir.
  • Əsl dostlar, "iki bədəndə bir qəlb" olanlardı.
  • Əsl kamillik axar suya bənzəyir: nə qədər dərindədirsə, bir o qədər sakitdir.[2]
  • Əslində insanlar səni xəyal qırıqlığına uğratmır. Yalnız sən, səhv insanlar üzərində xəyal qurursan.
  • Əzbərləmək xəyanətdir.

G[redaktə]

  • Güc və təxəyyüldən hadisələr doğur.

H[redaktə]

  • Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.
  • Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün.
  • Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır.
  • Həyatı düzgün yaşamağı onu əldən buraxdıqda anlayırıq.

X[redaktə]

  • Xəsislik bütün insan dəliliklərinin ən gülüncüdür.

İ[redaktə]

  • İgidlik cəsarət və iradədən doğur.
  • İllərin əlimizdən çəkib aldığı yaşama zövqlərini dişimiz, dırnağımızla müdafiə etməliyik.
  • İnsan sevincini böyüdərək üzüntüsünü isə kiçildərək anlatmalıdır.
  • İnsanlar başaqlara bənzərlər. İçləri boşkən başları havadadır, dolduqca əyilərlər.

K[redaktə]

  • Kral da, dilənçi də eyni iştahla acırlar.
  • Kim şöhrətpərəstlik xəstəliynə tutulmuşsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.

Q[redaktə]

  • Qorxu-qəddarlığın anasıdır.
  • Qorxaqlıq amansızlığın anasıdır.[3]

M[redaktə]

  • Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır.
  • Mən kitabları deyil, kitablar məni yaratdılar.
  • Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.
  • “Müdrikliyin ən gözəl sübutu əhval-ruhiyyənin həmişə yaxşı olmasıdır.
  • Mürəkkəb hadisələr haqqında dərhal qərar vermək ən böyük axmaqlıqdır.
  • Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir.

Ö[redaktə]

  • Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir.
  • Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşısı budur ki, biz onu hər yerdə gözləyək.
  • Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır.

S[redaktə]

  • Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram.
  • Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.

T[redaktə]

  • Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir.

U[redaktə]

  • Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla əvəz etməyə çalışır.

Ü[redaktə]

  • Üstün sayılan insanlara yaxından baxınca anladım ki, çoxu hər kəs kimi insandır.

Y[redaktə]

  • Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir
  • Yaşlanmanın, üzümüzdən çox, ağılımızda qırışıqlıqlar meydana gətirəcəyindən qorxaram.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.