Üsul
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
B
[redaktə]- Başqalarına nəyisə öyrətməyin yeganə dəyərli üsulu, pis olsa, nümunə göstərməkdir. Albert Eynşteyn
- Başqalarını xoşbəxt etmək xoşbəxt olmağın ən yaxşı üsuludur. Pol Anri Holbax
- Belə bir üsul var – yan qaçmaq, axtarmaq üsulunu xatırladır. Anna Bartkulaşvili
- Bir adamla münasibəti korlamaq üçün ən yaxşı üsul ona: “Yox, siz bu lətifəni düzgün danışmırsınız” demək və sonra lətifəni öz bildiyin kimi danışmaq. Mark Tven
- Birisinin etibarlı olub-olmadığını müəyyən etmək üçün ən yaxşı üsul ona etibar etməkdir. Ernest Heminquey
D
[redaktə]- Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
H
[redaktə]- Həyatda yaşamağın iki üsulu var. Birinci üsul ondan ibarətdir ki, güya dünyada möcüzə yoxdur. İkinci üsul- güya bütün ətrafımız möcüzələrlə doludur. Albert Eynşteyn
K
[redaktə]- Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir. Ceyn Ostin
Q
[redaktə]- Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur. [1] Giyom de Buşe
- Qoca Şərqin bir nicat yolu varsa, o da üsul-idarəsinin dəyişilməsindədir. Nəriman Nərimanov
M
[redaktə]- - Mən dəfələrlə əmin olmuşam ki, onun dəliliyində bir üsul var.
- Əksinə, onun üsulunda dəlilik var ( “Reyqet meydanı”). Artur Konan Doyl
- Mən heç zaman təəssüf hissi yaşamadım. Mən sadəcə 10. 000 üsul tapdım ki heç biri bir işə yaramırdı. Tomas Edison
- Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz. Volter
- Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər. Jül Vern
P
[redaktə]- Plan təsadüfi nəticələrə nail olmağın ən yaxşı üsuludur. Ambroz Birs
U
[redaktə]- Utancaqlığı dəf edəcək ən etibarlı üsul sevgidir. Ziqmund Freyd
Ü
[redaktə]- Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul. Frederik Beqbeder
V
[redaktə]- Var-dövlət toplamaq üçün hər cür üsul yaxşıdır. Çanakya
Y
[redaktə]- Yaxşı və pis işlər ağlın köməyi ilə edilir.Yaxşı işlər az və nadir hallarda, pis işlər isə tez-tez və çox baş verir.Əgər Allahlar insanlara pislik etmək istəsəydilər, onları ağılla mükafatlandırmaqdan yaxşı üsul tapa bilməzdilər. Mark Tulli Siseron
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.259