Məzmuna keç

Maks Fris

Maks Fris
Doğum tarixi 15 may 1911
Doğum yeri Sürix
Vəfat tarixi 4 aprel 1991
Vəfat yeri Sürix
Vikipediya məqaləsi

Maks Rudolf Fris (15 may 1911 – 4 aprel 1991) — İsveçrə yazıçısı, memar, dramaturq və romançı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac olanın seçimi yoxdur. Onun ruhu istədiyi yerdən deyil, aclıqdan gəlir.
  • Başqasının həyatına şiddətlə qısqanırlar, çünki onların öz həyatı yoxdur …
  • Biz bilməyə ehtiyac duymadığımız bir dünya yaratmaq üçün texnologiyadan istifadə etməyi bacardıq.
  • Cəmiyyətin məşhur insanlara ehtiyacı var, sual ondan ibarətdir ki, onları bu rola kim seçir? Onların seçdiyi hər hansı tənqid, üstüörtülü olsa da, o cəmiyyətin tənqididir.
  • Heç kim həqiqətən müharibə istəmir, amma çoxlarına nifrət lazımdır.
  • Hər bir insan gec-tez həyatı hesab etdiyi bir hekayə ilə qarşılaşır.
  • İki tərəfdaş bir-biri ilə rahat olduqlarını düşünürlərsə, çox vaxt eyni anda bir-birlərini itirirlər.
  • İncəsənət utopiyanın hökmdarıdır.
  • Kişi və qadının bir-birindən uzaq qalmasının sirri onları cüt edir.
  • Mənim reallığım oynadığım rolda deyil, özümə hansı rolu təyin etdiyimlə bağlı şüursuz qərardadır.
  • Ordu, cəza vermək imkanına arxalanaraq, ancaq itaət əldə edir. İntizam azad iradədən qaynaqlanır.
  • Özünüzü qəbul etməkdən daha çətin bir şey yoxdur.
  • Texnologiya dünyanı elə tənzimləmək bacarığıdır ki, biz onu təcrübədən keçirməyə məcbur deyilik.
  • Vətən bizim anladığımız, bizi anlayan insanlardan ibarətdir.
  • Yalan haradan başlayır? Heç bir sirrimiz olmadığını iddia etməyə başladığımız yerdə. Dürüst olmaq tənha qalmaq deməkdir.
  • Yazmaq özünü oxumaq deməkdir.
  • Zaman bizi dəyişdirmir, yalnız təkmilləşdirir.[1]

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.543