Məzmuna keç

Atəş



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən xilas olmağa səbəb olar. İmam Hüseyn
  • Aşiq atəşə düşsə də yanmaz. Əhməd Yəsəvi
  • Atəş açmayın, atəş açmayın mən İraq prezidenti Səddam Hüseynəm.
(Saxlanıldığı zaman tərəfindən söylənilən ilk sözlər)
  • Atəş olduğu yerdə kül qalar. Çili atalar sözləri
  • Azərbaycan atəş mənbəyidir. Vətənimizi hər zaman sinəsində bir müqəddəs atəş bəsləyir. Bu atəşin sönməməsi üçün əl-ələ verib çalışmalıyıq. Məhəmməd Əmin Rəsulzadə
  • Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq. Albert Şveytser
  • Bir iranlı üçün mühüm olan şeylər bunlardır: sərrast atəş açmaq, at minmək, borc verməmək və yalan danışmamaq. Fridrix Nitsşe
  • Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəri toxunmaz. Miqel de Servantes
  • Ən atəşli inqilabçını alın, ona mütləq iqtidar verin, bir il içində Çardan daha betər olacaq. Mixail Bakunin
  • Ən sərrast atəş – atıb insana dəyməməkdir. Stanislav Eji Lets
  • Əvvəl siz atəş edin Mösyö Burjuaziya. Fridrix Engels
  • Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. Tur Xander
  • Futbol da müharibə kimi bir şeydir. Müxtəlif cəbhələrdə müxtəlif adamlar vuruşur. Əvvəlcə artileriya atəş açır, sonra piyadalar irəli gedir. Uzaq məsafədən zərbələr vurmaq bir milli komandanın keyfiyyətini göstərir. Futbolda toplar bu yandadır, piyadalar o yanda... Böyükağa Hacıyev
  • Gəl baxaq odla necə oynanar göstərim.Gör baxaq atəşmi səni yandırar, sənmi atəşi? Şəms Təbrizi
  • İnsanı atəş altında qovsan, o müdrik bir canavara çevriləcək. İnsanın ağlını çətin anlarında heyvani instinktlər əvəz edir. Mixail Bulqakov
  • Kitabların düşmənləri insanlarınkı ilə eynidir: atəş, nəm, zaman və içindəkilər. Pol Valeri
  • Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır. Mövlana Cəlaləddin Rumi
  • Külün altındakı atəş görünməzdir. Kalmık atalar sözləri
  • Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi. Ömər Xəyyam
  • Sevmək sevdiyi üçün özünü atəşə atmağıydı əvvəllər. İndi; Sevdiyini atəşə atıb üzərindən tullanmaq olub. Ece Ayhan
  • Şöhrət atəş böcəyinə bənzəyir : uzaqdan parıldayır, amma yaxından baxıldığında nə istilik verir, nə də işıq verir. Con Uebster
  • Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər. Əbu Turxan

İstinadlar

[redaktə]