Yalançılıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir insandakı qısqanclıq cəhənnəmə gətirilən eqoistlikdən, qürurdan, sürprizlə alınan və əsəbi yalançılıqdan ibarətdir. Onore de Balzak
- Bu dünyada ən yaxşı sənət yalançılıqdır. Fridrix Nitsşe
F
[redaktə]- Fəlakət yalançılıqda olduğu kimi, nicat da doğruçuluqdadır. Abbasqulu ağa Bakıxanov
H
[redaktə]- Həqiqəti görən, lakin xalqın gözündəki dəyərini və populyarlığını qorumağa çalışan siyasətçi kimi, mənlik ilə reallıq arasında sıxılıb qalan eqo da yaltaqlıq, şəxsi mənafeni güdmə və yalançılıq yolunu seçir. Ziqmund Freyd
Q
[redaktə]- Qеybət, böhtаn, iftirа, yаlаnçılıqdаn çəkinməli, hеç vахt bеlə şеyə yоl vеrməməli, о хаsiyyətli аdаmlаrlа ünsiyyət sахlаmаmаlı, оnlаrа qulаq аsmаqdаn çəkinməli, ümumiyyətlə, аz dаnışmаlı, çох еşitməli. Bir filоsоfdаn sоruşurlаr "Nə üçün аz dаnışır, çох qulаq аsırsаn?" Dеdi: "Çünki mənə iki qulаq vеriblər, bir dil, yəni: iki еşit, bir dе". Nəsirəddin Tusi
İ
[redaktə]- İlham pərisi yalan söyləyir. – “Biz yaxşı bilirik ki, dilimizdə yalan gəzdiririk” – Bir vaxtlar ilham pəriləri Hesiodla söhbətdə bunu etiraf etmişlər. – Yalançılığın sənətkar üçün adi bir hal olduğunun fərqinə varmaqla yalan haqqında çox həqiqətləri kəşf etmiş olarıq. Fridrix Nitsşe
- İndi musiqiçi (Vaqner kimi) bir aktyor rolunda çıxış edir, onun sənəti daha çox yalançılıq istedadı şəklində inkişaf edir. Fridrix Nitsşe
Ş
[redaktə]- Şöhrətpərəstlik yalançılığın anasıdır. Fransız atalar sözləri
Y
[redaktə]- Yadda saxla ki, heç bir yalançılıq uzun müddət gizli qala bilməz. Pifaqor
- Yalan insanın xarakterinə uyğun olanda yalançılıq daha asan bir peşəyə çevrilir. Fridrix Nitsşe
- Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir. Mişel de Monten
- Yalançılıq - insanın vicudunda bir ensiz örtüyə bənzər. Çünki bir tərəfini örtsən də, bir tərəfi örtülməz, açıq qalar. Məhəmməd Tağı Sidqi
- Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var. Onore de Balzak
- Yalançılığı tərgitmək tiryəki tərgitmək qədər çətindir. İngilis atalar sözləri