Məzmuna keç

Gec



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bekar olanda gecə gec düşər. Rus atalar sözləri
  • Bədən gec-tez insanı bezdirir. Corc Bernard Şou
  • Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır. Kəlilə və Dimnə
  • Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
  • Böyük istedadlar gec püxtələşir. Yapon atalar sözləri
  • Böyük istedadlar gec yetişir. Yapon atalar sözləri
  • Buynuz qulaqdan gec uzansa da ondan böyük olur. Amhar atalar sözləri
  • Bütün lovğaların ümumi aqibəti: gec və ya tez bir zamanda pis vəziyyətə düşmək. Uilyam Şekspir
  • Eşq qızılcaya bənzəyir: insan nə qədər gec tutulsa, bir o qədər ağır keçirir. Duqlas Ferrdo
  • Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır. Onore Mirabo
  • Əqidəsi olmayan ən cəsur adam da gec-tez qorxaqa çevrilir. Ejen Delakrua
  • Ən ehtiyatla edilmiş xəyanət də gec-tez aşkar olur. [1] Emi Levi
  • Ən yaxşı qonaq gec-gec gəlib tez gedəndir. [2] Erika Burkart
  • Fəlsəfə ilə məşğul olmanın artıq gec və ya çox tez olmasını demək, xoşbəxt olmanın artıq gec və ya tezdir demək kimi bir şeydir. Epikür
  • İnsan nə qədər ağıllı olursa-olsun, tədbirsiz olarsa, gec-tez mütləq müvəffəqiyyətsizliyə uğrayacaqdır. [3] Leon Qambetta
  • İstədiyin insan olmaq üçün heç zaman gec deyil. Corc Eliot
  • İşə hamıdan tez get, gec qayıt. Udmurt atalar sözləri
  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. Oskar Uayld
  • Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir
  • Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən. Azad Mirzəcanzadə
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Nə xoşbəxt o yoxsullara ki, digər dünya onlara verilmişdir. Tez ya da gec bu dünya da onlara veriləcək. Fridrix Engels
  • Şərəf və namusdan məhrum millətlər gec-tez azadlıq və müstəqilliklərini itirərlər. Adolf Hitler
  • Şöhrət dalınca qaçan gec-tez fəlakətlə üzləşir. Napoleon Bonapart
  • “Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır”. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı – Haqqdan. Əbu Turxan

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.205.
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.290
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.435