Əmr
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl əmr edəni dil bəyan edər. Xaqani Şirvani
- Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Qurani-Kərim
- Artıq yaşanmaq üçün deyil ayrılmaq üçün yaşanar oldu eşq. Və tərk etmələri azmış kimi bir də əmr verilər. 'Özünə yaxşı bax'. Can Dündar
B
[redaktə]- Bir xalqın dini seçimi həmişə onun hökmdarları tərəfindən müəyyən edilir. Həqiqi din həmişə hökmdarın bəyan etdiyi dindir; həqiqi tanrı hökmdarın ibadət etməyi əmr etdiyi tanrıdır; beləliklə, hökmdarlara rəhbərlik edən ruhanilərin iradəsi həmişə Allahın özünün iradəsi olur. Pol Anri Holbax
- Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
E
[redaktə]- Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər. Çarlz Bukovski
- Ey insanlar, həqiqətən də Allah bildiklərimi sizə də bildirməyi, öyrətməyi əmr etmişdir. Məhəmməd
Ə
[redaktə]- Əmr edə bilmədiyim 10000 adamım olacağına, əmrim altında olan 10 adamım olmasını seçərəm. Ölkələr qılıncla alınar, ancaq ədalətlə qorunar. Teymurləng
- Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər. Lao-tszı
G
[redaktə]- Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.[1] İsa
H
[redaktə]- Hər əmr azadlığın sifətində partlayan bir yumruqdur. Mixail Bakunin
K
[redaktə]- Krab öz balasına əmr eləyir ki, düz sürünsün. (Krab - onayaqlı dəniz xərçəngi) İndoneziya atalar sözləri
Ö
[redaktə]- Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur. Viktor Hüqo
P
[redaktə]- Pula əmr elə, qulluq eləmə. Alman atalar sözləri
T
[redaktə]- Təbiət mənə rəhmli, vətən sərt olmağı əmr etdi. Amansız olmağı isə nə vətən, nə də təbiət əmr etmədi. Mark Tulli Siseron
Ü
[redaktə]- Ürəyə əmr yoxdur. Rus atalar sözləri
- Ürəyin nəyi əmr edirsə onu et. Onsuz da hər bir halda səni tənqid edəcəklər. Sən bunu etsən də, səni mühakimə edəcəklər, etməsən də. Eleanora Ruzvelt
Y
[redaktə]- Yaxşılığı əmr et, pisliyi nəhy elə. Əli
İstinadlar
[redaktə]- ↑ Matta 28:18-20