Zəhər
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axmağın həyatı zəhərdən də acıdır. Həzrəti İsa
- Arının yediyi bala dönər, hörümçəyin yediyi zəhərə. İspan atalar sözləri
B[redaktə]
- Bal olan yerdə zəhər də var. Latın atalar sözləri
- Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər. Məhsəti Gəncəvi
E[redaktə]
- Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır. Fridrix Nitsşe
İ[redaktə]
- İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar. Malayal atalar sözləri
- İncimək və hiddət hissi ilə yaşamaq, özünün zəhər içib düşmənlərinin ölməsini gözləmək kimidir. Nelson Mandela
L[redaktə]
- Lovğalıq elə qüvvətli zəhərdir ki, insanın qəlbindəki bütün yaxşılıqları yox edir. Plutarx
S[redaktə]
- Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq. Artur Şopenhauer
- Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Uilyam Şekspir
Z[redaktə]
- Zəhərə adətkərdə olanda, o da gücünü itirir. İndoneziya atalar sözləri