Məzmuna keç

Təcəssüm



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azərbaycan dövrü-istiqlalına bolşeviklər "Müsavat dövrü" deyirlər. Fəqət, xalq bu dövrə Azərbaycan dövrü deyir... Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.[1] Məhəmməd Əmin Rəsulzadə
  • Bəlkə də Allaha inanıram, Allah dedikdə siz kainatı idarə edən güclərin təcəssümünü nəzərdə tutursunuz. Stiven Hokinq
  • Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
  • Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. Əbu Turxan
  • Fərd öz idealından imtina edir və onu liderdə təcəssüm olunan kütləvi idealla əvəz edir. Ziqmund Freyd
  • Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü xarekteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır. Heydər Əliyev
  • Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. Əbu Turxan
  • Hökmdar İndra (mükafat paylayan) və Yama (cəza ölçüsü) kimidir. Beləliklə, hökmdarlar bağışlayan və cəzalandıran Allahı yer üzündə təcəssüm etdirən varlıqlara çevrilirlər. Onların iradəsinə qarşı çıxanlar tanrılar tərəfindən cəzalandırılacaqlar. Çanakya/Hökmdar
  • Xalqın arzularını təcəssüm etdirmədən onun lideri olmaq mümkün deyil. Vladimir Bexterev
  • İqlim dəyişikliyi, şübhəsiz ki, bu əsrin ən dağıdıcı ekoloji problemi, daşqınlar, quraqlıqlar, şiddətli fırtınalar, qasırğalar, ərimələr, orta dəniz səviyyəsindəki artım, okean turşusu və istilik dalğalarıdır və bunlar hamısı bizi vuran qlobal böhranların təsirini daha da artırır... Gəlin səbəbdən danışaq, məsuliyyətdən yayınmayaq, bu problemin dərinliyindən qaçmayaq, səbəb şübhəsiz ki, bütün bu fəlakətli panoramanın mövzusuna qayıdıram dağıdıcı metabolik kapital sistemi və onun təcəssüm etdirilmiş modeli: kapitalizm. Uqo Çaves
  • İncəsənət insana yemək - içmək kimi lazımdır. Onu təcəssüm etdirən gözəllik və yaradıcılığıq tələbatı insanla ayrılmazdır və ola bilsin ki, insan onsuz yaşamaq istəməz. Fyodor Dostoyevski
  • Köhnə mebellərə, ofort və incənəsət əsərlərin olduğu mağazaların yerləşdiyi Paris küçələri rəsmi muzeylərdən fərqli olaraq əsl muzeyi özündə təcəssüm etdirir. Oqust Rodin
  • Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil... Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir. Saltıkov-Şedrin
  • Musiqi bütün dünyanı ruhlandırır, ruhu qanadla təmin edir, təxəyyülün uçuşunu təşviq edir; musiqi mövcud olan hər şeyə həyat və əyləncə bəxş edir, insanı xoşbəxt edir ... Gözəl və gözəl olanların hamısının təcəssümü deyilə bilər. Platon
  • Musiqi düşünə bilməz, ancaq düşüncəni təcəssüm etdirə bilər. Rixard Vaqner
  • Musiqi gözəl səslərdə təcəssüm olunan bir zəkadır. İvan Turgenev
  • Müvəffəqiyyət ideya və təcəssüm olunmuş seçimdir. Ətrafınıza baxın: gördüyünüz, əllərinizlə toxuna biləcəyiniz hər şey, kimsə onu həyata keçirənə qədər bir zamanlar sadəcə görünməz bir fikir idi. Əbədiyyət üzərində körpü.
  • Nəyisə arzulamaq və ona nail olmaq güclü xarakterin əlaməti hesab olunur. Ancaq heç nə istəməsə də, yenə də istəmədiyi şeyə nail olmaq, özünü qismətin təcəssümü hesab edən güclülərə xasdır. Fridrix Nitsşe
  • Təbiətdə Tanrının obrazını deyil, yalnız izlərini tapırlar, izlər isə yalnız onu göstərir ki, buradan kimsə keçib, lakin onun keyfiyyətləri haqda heç nə demir. Tanrının obrazı yalnız və yalnız idrakı olan varlıqda - insanda təcəssüm tapır. [2] Foma Akvinski
  • Təcəssüm edilmiş canlı varlıq bədənini tərk etmək məcburiyyətində qalsa, İndranın (Hindistanda Cənnət Allahı) vəziyyətini arzulamayacaq. Çanakya
  • Yaponların xarakterində biri-birinə uyğun gəlməyən iki cəhət var: təvazökarlıq və lovğalıq. Onların dili, davranışları, adətləri son dərəcə təvazökarlığı təcəssüm etdirir, eyni zamanda, şəxsi və milli keyfiyyətləri ilə həddindən artıq lovğadırlar.
    • İ.Klement, “Müasir Yaponiyanın məlumat kitabı”. Nyu-York, 1903.

İstinadlar

[redaktə]
  1. "Məhəmməd Əmin Rəsulzadə AZƏRBAYCAN CÜMHURİYYƏTİ" (PDF). 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF).
  2. Xəzinə. Bakı, 1997. səh.10-11