Məzmuna keç

Acı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acı çəkən səbr etsin,-Acı çəkdirən isə acı çəkəçəyi günü gözləsin. Məhəmməd peyğəmbər
  • Acı çəkənlər ilə acı çəkdirənlər eynidir. Artur Şopenhauer
  • Acı çəkməmək üçün, eşqi rədd etmək lazımdı. Bu da həyatdakı pislikləri görməmək üçün öz gözlərini çıxarmaq kimi bir şeydi. Paulo Koelyo
  • Acı həyatla həyatsızlıq arasında bir seçim etməli olduğumu desələr, heç düşünmədən acı həyatı seçərəm. İnsanlar həyatın nə qədər acı olduğunu söyləsələr də, mən ümidimi heç vaxt itirmədim. Hələ ki, necə ümid itiriləcəyini öyrənməmişəm. Uilyam Folkner
  • Acı şey yeyənə su da şirin gələr. Hind atalar sözləri
  • Adam içməz acı sular sızınca, sızmasa yey. Kitabi Dədə Qorqud
  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol — düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol — təcrübədir. Konfutsi
  • Ağu — acıdır, böhtan ondan da acı. Qaraqalpaq atalar sözləri
  • Ağzımızda bir ət parçası var, şirin olsa şirin oluruq, acı olsa acı. Məhəmməd peyğəmbər
  • Bizə insanları deyil fikirləri xatırlamağımız söylənildi. Çünki bir adam yenilə, tutula, öldürülə, unudulabilər, lakin bir fikir 400 il sonra belə hələ dünyanı dəyişdirə bilər. Fikirlərin gücünə ilk əldən şahid oldum. Fikirlər uğruna ölən və öldürən insanlar gördüm. Amma fikirə toxuna bilməz, tuta bilməz hətta öpə bilməzsən. Fikirlər qanamaz, acı çəkməz və sevməzlər və darıxdığım şey bir fikir deyil, bir adamdır. 5 noyabr mənə xatırladan adam. Əsla unutmayacağım adam. V for Vendetta
  • Eşqin ən acı halı, ağızdan çıxmağa cəsarəti olmayan sözlərin, ürəkdə fırtınalar yaratmasıdır. Lui Araqon
  • Əməklə acı taleyə də qalib gələrsən. Fin atalar sözləri
  • Ən acı məğlubiyyət ləyaqətsiz rəqibdən aldığın məğlubiyyətdir. Esxil
  • Ən çox acı çəkənlər avara kəslərdir. Bencamin Franklin
  • Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər. Pablo Neruda
  • Əslində davamlı təbəssüm edənlər, içdən içə acı çəkənlərdir.. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil! Bob Marli
  • Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır. Yohann Volfqanq Göte
  • Həyat o kəslər üçün acı deyil ki, onlar yaşamamağın heç də bədbəxtlik olmadığına qəti surətdə əmindirlər. Epikür
  • İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır. Fridrix Nitsşe
  • İnsanlar doğulur, acı çəkir və ölürlər. Anatol Frans
  • İstiotun tumu xırda da olsa acıdır. Tai atalar sözləri
  • Mən o acı dolu günlərin, o insanlıq faciəsi sürgünün uşağıyam. Cövhər Dudayev
  • Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir. Reşat Nuri Güntekin
  • Səbr acı olsa da, meyvəsi şirindir. Aristotel
  • Sən yerdə olanlara mərhəmət et ki, göydə olanlar da sənə mərhəmət etsin. Səndən aşağıda olanın halına acı ki, səndən üstün olan da sənə acısın. Mövlana Cəlaləddin Rumi

Təhsilin kökləri acı, meyvələri şirindir. Aristotel

  • Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur. Miqel de Servantes