Meşə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir ağacı kəsirlər, bütün meşə eşidir. Ləzgi atalar sözləri
- Bir balaca çınqı atıb, bütün meşəni külə döndərər. Hind atalar sözləri
- Böyük bir meşədə itdim və önümü görmək üçün kiçik bir işığım var. Orada yanıma biri gəlir və deyir ki: "Qardaşım, yolunu daha yaxşı tapmaq üçün şamını söndür." O biri bir ilahiyyatçıdır. Deni Didro
E[redaktə]
- Ev sözsüz olmaz, meşə çaqqalsız. Azərbaycan atalar sözləri/E
F[redaktə]
- Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır. Tur Xander
K[redaktə]
- Koğuşuna od düşmüş bir pis ağacın ucundan bütün meşə məhv olur. Hind atalar sözləri
Q[redaktə]
- Qurda nə verirsən ver, gözü yenə meşədə olacaq. Rus atalar sözləri
- Qurddan qorxan - meşəyə getməz. Rus atalar sözləri
- Quş da meşədə tək yaşamaz. Osetin atalar sözləri
M[redaktə]
- Meşə çaqqalsız olmaz. Azərbaycan atalar sözləri/M
- Meşə xoruzunu qızıl qabda da yedizdirsən, yenə meşəyə uçacaq. İndoneziya atalar sözləri
- Meşə, su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz. Həsən Əliyev
- Meşədə də yaşasan ağaçın qədrini bil. Çin atalar sözləri
- Meşədə qarşıma iki yol çıxdı. Mən ən az istifadə edilmiş olanı seçdim. Robert Li Frost
O[redaktə]
- Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər. Frans Kafka
P[redaktə]
- Pələng meşəni qoruyar, meşə də pələngi. Benqal atalar sözləri
- Pis dülgər meşəyə girdi - bütün ağaclar əsdi. Abxaz atalar sözləri
T[redaktə]
- Torpaq anadırsa, su övladdır. Meşənin bu övladsız dodağı çat-çat olub yanacaq, diri gözlü “ölüyə” dönəcək. Həsən Əliyev
Y[redaktə]
- Yaxşı yaşayırsan, lakin bir problemimiz var, meşənin dərinliklərinə gedib ömürümüzün sonuna qədər böcək yemək məcburiyyətində qala bilərik. Coni Bravo
- Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır. Anton Çexov