Kamillik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlı kamilləşdirmək üçün çox düşünmək lazımdır. Rene Dekart
- Ağıl və hiss vəhdətindən kamillik yaranır. İppolit Adolf Ten
Ə
[redaktə]- Əsl kamillik axar suya bənzəyir: nə qədər dərindədirsə, bir o qədər sakitdir.[1] Mişel de Monten
H
[redaktə]- Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[2] İsa Həbibbəyli
İ
[redaktə]- İnsanın doğruçuluq səviyyəsi onun mənəvi kamillik dərəcəsinin göstəricisidir. Lev Tolstoy
- İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
- İnsanın kamilliyi onun hiss və mənəvi qüvvələrinin birliyindədir. Fridrix Şiller
K
[redaktə]- Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza
- Kamillik kişilərdə ən çox, qadınlarda isə ən az qiymətləndirilən xəzinədir. Adrian Dekursel
- Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir. Aristotel
- Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
- Kamilliyi olmayan ağıl - ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
- Kişini evdə uşaqlar yox, arvadın kamilliyi saxlayar. Madaqaskar atalar sözləri
M
[redaktə]- Müvəffəqiyyət - əldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır. Üzeyir Hacıbəyli
Z
[redaktə]- Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq
İstinadlar
[redaktə]- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Hüseyn İbrahimov – 90 Şəxsiyyətin və sənətin vəhdəti. "Ədəbiyyat" qəzeti, 2009, 12 iyun, s.3