Adrian Dekursel
Jump to navigation
Jump to search
Adrian Dekursel (28 oktyabr 1821—6 avqust 1892) - Fransa jurnalisti, yazıçısı və dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alim o adamdır ki, heç nə bilmədiyini dərk etmək üçün kifayət qədər biliyə malikdir.
B[redaktə]
- Bir kitab bizi dolduran bir gəmidir, ancaq özünü boşaltmır.
D[redaktə]
- Dinləmək - çox vaxt müdrik bir insanın axmaq üçün ifadə etdiyi, lakin heç vaxt eyni şəkildə cavab vermədiyi bir nəzakətdir.
- Diplomatiya bir nöqtədən digərinə uzanan ən uzun yoldur.[1]
E[redaktə]
- Etibarsızlıq inamsızlığın anasıdır.
Ə[redaktə]
- Əsas - Səndə olmayan hər şey.
F[redaktə]
- Fermer - Oğlunu sonradan utanacaq bir centlmen etmək üçün çox tər tökən adam.
G[redaktə]
- Geyim şirkəti - Satmaq istədikləri paltarların ölçüsündə adamlar tapmağa çalışan bazar.
- Gilyotin - Əbədiyyət mənzərəsi olan kiçik pəncərə.
İ[redaktə]
- İlham - hamı üçün işıq saçmayan ildırımdır.
- İlham yalnız seçilmiş adamlar üçün işıqsaçan şimşəkdir.
K[redaktə]
- Kamillik kişilərdə ən çox qadınlarda isə ən az qiymətləndirilən xəzinədir.
Q[redaktə]
- Qanunvericilik ictimai maraqlar naminə şəxsiyyəti məhv etmək üçün əlverişli vasitədir.
- Qürur hamar bir yamacdır, onun dibində bizi təkəbbür və şöhrət gözləyir.
M[redaktə]
- Məzun. - Nəhayət təhsilinə başlaya biləcək bir gənc.
- Müxalifət sabahın irticaçılarıdır.
P[redaktə]
- Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir.
S[redaktə]
- Səhmdarlar - Pullarının axmasına (batmasına) baxan tənbəllər.
- Sorğu - Bəzən günahkar olanı yuyan, lakin həmişə günahsız olanı ləkələyən hamam.
- Sülh yalnız müharibələr arasında qısa bir fasilədir.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
Xarici keçidlər[redaktə]
İstinadlar[redaktə]
- ↑ Skupina autora: Velika enciklopedija aforizama, redakcija Vladimir Brodnjak, et al., pripremili za tisak Đuro Plemenčić i Đuro Šnajder, IV izdanje, Prosvjeta — Globus, Zagreb, 1984.,