Sevimli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Avtomobil — yaşlı kişinin sevimli oyuncağıdır. Marlen Ditrix
B
[redaktə]- Başını sevimli işə qarışdırıb darıxmağa vaxt tapmayan və bir də başını qaldıranda ömrünü tamamlanmış görən adam ən xoşbəxt adamdır. Əbül-üla Gəncəvi
- Bütün İncil sistemində şeytan həm Ata Allahdan, həm də Oğul Allahdan daha hiyləgər və güclüdür: o, həmişə onların planlarının qarşısını almağa müvəffəq olur və Ata Allahı öz sevimli Oğlunu ölümə məcbur etmək zərurətinə çevirməyə müvəffəq olur. Şeytanın bəşəriyyətə etdiyi pisliyi düzəltmək üçün, xristianlıq həqiqi manixeyizmdir, burada hər bir üstünlük pis prinsipin tərəfindədir, o, öz tərəfdarlarının çoxluğu ilə İlahinin bütün məqsədlərini puç edir. Pol Anri Holbax
Ç
[redaktə]- Çox sevimli bir insanı unutmaq mümkün deyil. Nə vaxt, nə də ayrılıq itirilən sevgilinin həsrətini boğa və ya xoşbəxt sevgini bilməyən bir qəlbi sakitləşdirə bilməz. Mayn Rid
G
[redaktə]- Gözəl qadın ikinci pilləni tutmalıdır; birincisi sevimli qadına aiddir. Bu, ürəyimizin sahibi olur; bunun hesabını özümüzə verməmişdən əvvəl ürəyimiz əbədi olaraq sevginin qulu olur… İvan Bunin
İ
[redaktə]- İroniya – müdafiəsizlərin sevimli, əsas və yeganə silahıdır. Sergey Dovlatov
K
[redaktə]- Kifayət qədər əsassız qısqanclıq, özünə, sevimli predmetinə bağlılıq hüququna hörmət etməyən miskin insanların xəstəliyidir. Onlarda heyvani eqoizmin pilləsində duran varlığın kiçik zülmü ifadə olunur. Vissarion Belinski
Q
[redaktə]- Qadını gözəl edən Allahdır, sevimli edən şeytan. Viktor Hüqo
M
[redaktə]- Meşşan sahibkarlar prozaik müsbət insanlardır. Onların sevimli qaydası: hər kəs özündə, hər kəs özü üçün. Onlar vətəndaş qanununa görə haqlı olmaq istəyirlər, bəşəriyyət və əxlaq qanunlarını eşitmək istəmirlər. Vissarion Belinski
S
[redaktə]- Sevərkən sevimli mənbədən başqa mənbədən su içmək istəmirsən. Sədaqət bu halda təbii şeydir. Stendal
- Sevgililər yaxşı geyinmək barədə düşünərək çox ağılsız olurlar. Qadın sevimli kişinin yanında olanda o, kişinin geyimi barədə yox, tamamilə başqa şey barəsində düşünür. Stendal
- Sevginin təsiri altında yalnız qorxaq, ağciyər ürəklər cəsarətli olmurlar. Sevimli bir qızın təbəssümündən ilham alan bir qorxaq belə cəsarət möcüzələri göstərə bilər. Mayn Rid
- Sevimli atam! Hisslərimi şeirlə köçürə bilmərəm, şair deyiləm; özümü kölgələr və işıqla ifadə edə bilmərəm, rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də açıqlaya bilmərəm, rəqsçi deyiləm. Amma bunların hamısını musiqilə edə bilərəm. Mən bir musiqiçiyəm. Volfqanq Amadey Motsart
- Sevimli qadının sərtliyi sonsuz cazibədarlıqla doludur və biz ən xoşbəxt dəqiqələrimizdə bunu digər qadınlarda tapmırıq. Stendal
- Sevimli predmetində olmayan şeyi görəndə sevgi tez-tez səhv edir. Amma bəzən məhz sevgi onda müşahidəyə və ağıla əlçatan olmayan gözəl və böyük şeyləri kəşf edir. Vissarion Belinski