Məzmuna keç

Günahsız



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
  • Bir günahla adam ölməz, günahsız da adam olmaz. Türkmən atalar sözləri
  • Bir qadının içindəki günahsız mələyi kişi kəşf edər; amma o mələyin bütün günahsızlığını da yox edəcək olan yenə kişidir. Oldos Haksli
  • Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan. Herodot
  • Böyüdüm artıq... Anladım ki, nağıllardakı qədər günahsız deyilmiş heç kim. Sevmək ağrıdır, getmək vərdiş olmuş əlaqələrdə! Sunay Akın
  • Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir. Jan de Labrüyer
  • Dünyadakı ən günahsız məşğuliyyət riyaziyyatdır. Godfrey Hardi
  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe
  • Günahsız adama böhtan atmaq böyük dağlardan da ağırdır. Cəfər Sadiq
  • İnsan tamamilə günahkar deyil çünki tarixi o başlatmadı, amma tamamilə günahsız da deyil çünki tarixi davam etdirdi. Alber Kamyu
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər. Yılmaz Ərdoğan
  • Qısqanc şübhə ilə tamamilə günahsız bir insanı təhqir edə bilərsiniz. Uilyam Şekspir
  • Qısqanc şübhələrə uyaraq hətta tamamilə günahsız insanı da təhqir etmək olar. Uilyam Şekspir
  • Mən insanlardan yalnız yaxşılıq gözləyirəm. Mənim özüm də günahsız deyiləm. Ona görə də diqqətimi başqalarının səhvlərinə yönəltməkdə özümü haqlı hesab etmirəm. Mahatma Qandi
  • Müharibə - bu, başqalarının maraqları naminə tamamilə günahsız insanların məhv olmasıdır. Uinston Çörçill
  • - Sən günahsız ölürsən,- arvadı dedi; o etiraz etdi:- sən istəyərdin ki, layiqincə? Sokrat
  • Statistik lənəti insanlığın üzərinə çökmədən əvvəl, kef içində xoşbəxt, günahsız bir həyat sürürdük və olduqca yaxşı düşüncələrlə doluyduq. Hiler Bellok
  • Vicdanımız onu öldürənə qədər bizim günahsız hakimimizdir. Onore de Balzak

İstinadlar

[redaktə]