Yenilik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
B
[redaktə]- Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb. Xudu Məmmədov
Ç
[redaktə]- Çox vaxt yenilik böyüklükdən daha çox heyrət doğurur. Seneka
E
[redaktə]- Etdiklərimiz qədər etmədiklərimizdən də qürur duyuram. Yenilik, min şeyə xeyr deməkdir. Stiv Cobs
Ə
[redaktə]- Ən çox sevdiyim bərpa olunan yanacağın nə olduğunu bilirsinizmi? Yenilik üçün ekosistem. Tomas Fridman
- Ən qədim deyim var: “Qadınlara hörmət edildiyi və qorunduğu yerdə firavanlıq hökm sürür və tanrılar sevinər.” Yeni Dövr .... qadının intibahını gətirəcək. Maitreya Epoxası Dünya Anasının Epoxasıdır. Hindistan qadınlarının sürətli yüksəlişini müşahidə etmək diqqətəlayiqdir. Orada nazir və digər məsul vəzifələrdə çalışan qadınları görmək olar. Hindistanın bir çox qadınları əla natiqdirlər. Hindlilər qadınları asanlıqla seçirlər, çünki onlar arvadlarının sağlam düşüncəsinə inanırlar. Amma təbii ki, qadının azad edilməsinin əleyhdarları da var. Hindistanda qadınların hökumətin başında olduğu bəzi dominionlarda bir çox yeniliklər, məbədlərin aşağı kastalar üçün açıq olduğu, universitetlərin qurulduğu, həmçinin muzeylər, laboratoriyalar, xəstəxanalar Avropa xəttinə uyğun qurulmuşdur. Helena İvanovna Roeriç
İ
[redaktə]- İki şey qoşa divar kimidir: yenilik və ənənə. Bunlar müqəddəs yalanların iki üzüdür. Bunları icad etmiş ziyalı zümrəsi həmin anlayışları elə Platonun şərh etdiyi kimi başa düşürlər. Fridrix Nitsşe
- İnkişaf etmiş cəmiyyətlər yeniliyə fürsət kimi, geri qalmış cəmiyyətlər təhlükə kimi baxır. Volter
- İnsanlar həyatın onları daim eyni qüvvə ilə sıxmasına alışmışdılar, ona görə də heç bir yenilikdən yaxşı nəticə gözləmir, belə hesab edirdilər ki, bütün dəyişikliklər məşəqqəti daha da artıra bilər. Ana (Roman)
M
[redaktə]- …Mən köhnə və yeni Yaponiya haqqında düşünürəm. Bilirəm, əsrlər boyu yaranan adətlər on illər ərzində yoxa çıxa bilməz. Yaponiyada köhnəliklə yenilik bir-birinə necə qovuşmuşdur? Hansı qüvvənin təsiri ilə? Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir? Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir.
- Boris Piliyak, “Daşlar və köklər”. Moskva, 1935.
- 1850-ci ildən sonra ədəbiyyatımızın və sosial fəlsəfəmizin ısas mövzusu azadlığın hakimiyyətə, uşağın valideynə, şagirdin müəllimə qarşı səsi idi. Uzun illər mən o fərdi üsyanda iştirak etdim. Mən peşman deyiləm; azadlığı və yeniliyi müdafiə etmək gənclərin, nizamı və ənənəni müdafiə etmək qocaların, orta yaşlıların funksiyası isə isə orta yolu tapmaqdır. Amma indi mən də qocalmışam, görəsən, döyüşdüyüm döyüş çox da tam qalib gəlməyibmi? Təvazökarlıqla, amma açıq şəkildə deyək ki, biz siyasətdə korrupsiyaya, biznesdə vicdansızlığa, evlilikdə imansızlığa, ədəbiyyatda pornoqrafiyaya, dildə kobudluğa, musiqidə xaosa, sənətdə mənasızlığa nifrət edirik. Vill Dürant
N
[redaktə]- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
Ö
[redaktə]- Öz fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin. fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin. Ceyms Uotson
Y
[redaktə]- Yeni libas geyinmək üçün köhnəni soyunmalısan. Köhnə çərçivələrin içərisində sıxılaraq yenilik və dəyişikliklərdən xəbər tuta bilməyəcəksən. Şüurunu elastikləşdir. Kürəkləri idarə etməyi öyrənmədən qayığı dəyişmək mənasızdır. Şri Şri Ravi Şankar
- Yenilik etmək islah etmək deyil. Edmund Berk Bork
- Yenilik ruhu ümumiyyətlə eqoist xasiyyətin və məhdud baxışların nəticəsidir. Əcdadlarına heç vaxt geri baxmayan insanlar nəsli səbirsizliklə gözləməyəcəklər. Edmund Berk Bork
- Yeniliyə can atmaq, insan təxəyyülünün birinci tələbatıdır. Stendal
- Yeniliyə olan xüsusi maraq, tənqidi fikrin yenilməsinin əlamətidir. Çünki əsərin yeniliyi haqda mülahizə ən asan işdir. Dəftərlər
- Yeniliyin ən yaxşı cəhəti köhnə niyyətlərə, məqsədlərə uyğunluğudur. Dəftərlər