Kobud
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
B
[redaktə]- Bir dəfə əkilmiş torpaq iki və ya üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.[1] Strabon
- Bir məqsədə nail olmaq istəyirsinizsə, nəzakətli və ağıllı olmağa çalışmayın. Kobud fəndlərdən istifadə edin. Hədəfi dərhal vurun. Geri qayıdın və yenidən vurun. Sonra çiyninizlə ağır zərbə endirin. Uinston Çörçill
- Bir tərəfli mütəxəssis ya kobud bir empirist, ya da şarlatan alimdir. Nikolay Piroqov
D
[redaktə]- Dostunu düşmənə çevirməmək üçün diqqətlə danış; bir kobud söz dostu qərib edər. Tacik atalar sözləri
- Dürüst kobud ol, süni hörmətli olma. Özdəmir Asaf
E
[redaktə]- Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur.[2] Vasili Klyuçevski
Ə
[redaktə]- Əsl siyasi tarazlıq nəzəriyyəsi tamamilə mötədillik, qarşılıqlı təmkinlik, təvazökarlıq və münasibət ideyalarından ibarətdir; bu, şübhəsiz ki, savadlı ağlın kobud gücdən, kabinetin hərbçidən üstünlüyünə işarə edir. Fridrix Gentz
G
[redaktə]- Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir. Jül Renar
H
[redaktə]- “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
- Heç kimə qarşı kobud davranma; kobud danışdığınız insanlar sizə eyni cür cavab verəcəklər. Axı qıcıqlanan nitq xoşagəlməzdir və intiqam sənə toxuna bilər. Qautama Budda
- Həqiqətən yalnız aşağı, kobud və çirkli ağıl daima özünü məşğul edə bilər və özünün maraqlanmaq fikrini qadın bədəninin gözəlliyi ətrafına fırlanmağa göndərər. Cordano Bruno
- Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. Horatsi
İ
[redaktə]- İdealı inkar edən adam ola bilər ki, kobud bir şeyi gözəl hesab etsin. Yohann Volfqanq Göte
- İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur. Ziqmund Freyd
K
[redaktə]- Kasıb paltarından və kobud qidasından utanan, amma həqiqət axtaran alim! Daha nə deyəsən? Konfutsi
- Kitabın siqnal nüsxəsini hər hansı bir səhifədə açan müəllif dərhal ən kobud səhvə rast gəlir. Sosial qanunauyğunluqlar
- Kobud məhdudiyyətdən kobud qoçaqlıq, ayıq hesablamadan isə qərarsızlıq yaranır. Fukidid
- Kobud və sərt rəftar bütün qapıları üstümüzə bağlayır. Samuel Smayls
- Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər. Larry King
- Kobud zarafat – mənəvi qidamdır. [[Dieqo Armando Maradona]
Q
[redaktə]- Qonaq qarşılamağı - qaşqabaqlı, qulluqçu ilə danışmağı - kobud, gülmək bilmir, ağlamaq bilmir - belə qadından nə ev sahibəsi olar? Benqal atalar sözləri
M
[redaktə]- Mənə elə gəlir ki, ən kobud söz, ən kobud məktub səssizlikdən daha xeyirxah, daha şərəflidir. Fridrix Nitsşe
- Müharibə hökumətlər arasında münasibətləri nizamlamaq üçün kobud, qeyri-insani və tamamilə praktiki olmayan üsuldur. Franklin Delano Ruzvelt
O
[redaktə]- Onun siması o qədər kövrək və qüsursuz, o qədər incə və həlim, təmiz və gözəl idi ki, sanki, yer onun mühiti, kobud maddi varlıqlar isə ona uyğun deyildi. Çarlz Dikkens
S
[redaktə]- Sevgi bir adam ilə digər qalanları arasında fərqin kobud şişirdilməsidir. Corc Bernard Şou
T
[redaktə]- Təhsilsiz insanlar həm kobud, həm kasıb, həm də bədbəxtdirlər. Nikolay Çernışevski
Y
[redaktə]- Yumşaq cavablar qəzəbi yatırar, kobud söz hay-küy qaldırar. Ərəb atalar sözləri
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı,2005
İstinadlar
[redaktə]- ↑ www.ganja.az. "Gəncənin Tarixi" (azərb.). İstifadə tarixi: 2020-03-16.
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 117.