Sosial qanunauyğunluqlar
Jump to navigation
Jump to search
Sosial qanunauyğunluqlar və ya həyatın qəribəlikləri (qanunlar, qaydalar, prinsiplər)
Buba qanunu[redaktə]
- İtirdiyin əşyanı yalnız hər yeri axtardıqdan sonra tapmaq olar.
- Itirdiyini həmişə ən axırıncı cibində tapırsan.
Əclaflıq qanunu[redaktə]
- Gün ərzində ilk dəfə olaraq bir anlığa başınızı stolun üstünə qoyduğunuz məqamda otaqda rəis peyda olacaq.
Helranq qanunu[redaktə]
- Səbr et və pislik öz-özünə yox olub gedəcək.
İfşa qanunu[redaktə]
- Dünyada elə bir sirr yoxdur ki, əvvəl-axır aşkar olmasın.
Linç qanunu[redaktə]
- Hadisələr kəskin şəkil alanda hamı aradan çıxır.
Merfi qanunu[redaktə]
- Əgər hər hansı bir xoşagəlməz hadisə baş verməlidirsə, o, mütləq baş verəcək.
Merianna qanunu[redaktə]
- Həmişə axtarmadığını tapırsan.
Mesgimen qanunu[redaktə]
- İşi lazım olan səviyyədə görmək üçün heç zaman vaxt tapılmır, ancaq qüsurları düzəltməyə həmişə vaxt tapılır.
- İşin birinci 90 faizinə iş vaxtının cəmi 10 faizi sərf olunur, qalan 10 faizinə isə vaxtın 90 faizi.
Növbə qanunu[redaktə]
- Başqa növbəyə keçən kimi, sizin əvvəlki növbəniz sürətlə irəliləməyə başlayacaq.
Runa qaydası[redaktə]
- Əgər harada olmağınızın sizə heç bir fərqi yoxdursa, deməli, azmamısınız.
Səhv qanunu[redaktə]
- Kitabın siqnal nüsxəsini hər hansı bir səhifədə açan müəllif dərhal ən kobud səhvə rast gəlir.
Tabeçilik qanunu[redaktə]
- Heç vaxt rəisə bildirmə ki, sən ondan ağıllısan.
Veyler qanunu[redaktə]
- Bir işi görməyə borclu olmayan adam üçün həmin işi görməkdən asan şey yoxdur.
Mənbə[redaktə]
- Xəzinə. (Müdriklər və səfehlər, Hitler və Stalin, İdarəetmənin sirləri, Siyasət və Mafiya, Aforizmlər və lətifələr). Bakı, 1977