Hadisə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Heydər Əliyev
- Bir ideya min bir hadisə libasında üzə çıxır. Əbu Turxan
- Bizlər sirlərlə dolu bir kainatda bir yuxunun yuxusunu görməkdəyik. Gerçəkdə bildiyimiz heç bir şey yoxdur. Bildiyimizi sandığımız şey yalnız hadisələrdir. O hadisələr ki, bilmədiyimiz bir varlıqla əsla bilməyəcəyimiz bir varlığın bir-birlərinə olan əlaqəsindən doğulmuşdur. İmmanuel Kant
D[redaktə]
- Din haqqında düşüncələr təbiətdə hazırlanaraq deyil, həyatdakı hadisələr nəticəsində ortaya çıxan narahatlıqdan, insan ağlındakı davamlı ümiddən və qorxudan doğuldu. Devid Yum
Ə[redaktə]
- Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. Santayana
- Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. Dante Aliqyeri
G[redaktə]
- Güc və təxəyyüldən hadisələr doğur. Mişel de Monten
H[redaktə]
- Hadisələr üçün müxtəliflik, mahiyyətlər üçün eyniyyət və sabitlik səciyyəvidir. Əbu Turxan
- Helm ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verəndə özündən çıxıb fitnə qoparmasın. Nəsirəddin Tusi
X[redaktə]
- Xeyr, bu hiylə işləməyəcək ... Kimya və fizika qanunları ilk sevgi kimi vacib bir bioloji hadisəni necə izah edə bilər. Albert Eynşteyn
İ[redaktə]
- İctimai hadisəyə çevrilmiş din artıq din deyil. Əbu Turxan
- İnsan tədricən ölür. Bizim həyatımızda baş verən müxtəlif hadisələr ölümün mərhələləri deyil? Həyat bizi hissə-hissə tərk etmirmi? Mel Qibson
- İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür. Jan de Labrüyer
O[redaktə]
- Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. Tur Xander
Ö[redaktə]
- Ölüm insanın başına gələ biləcək ən pis hadisə deyil. İngilis atalar sözləri
- Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir. Çarli Çaplin
T[redaktə]
- Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyətə gedir, fəlsəfə isə mahiyyətdən başlayır. Əbu Turxan
- Tarix - hadisələrin romanı, roman isə hüsslərin tarixidir. Klod Adrian Helvetsi
- Tarix heç vaxt olmamış və heç vaxt olmayacaq hadisələr haqqında elmdir. Pol Valeri
- Tarixi həqiqətə yaxınlaşmaq üçün eyni bir vaxtda iki yolla getmək, yəni hadisələri qərəzçiliyə yol vermədən obyektiv şəkildə öyrənmək və bu hadisələr arasında məntiqi əlaqələri müəyyən edib əsaslandırmaq lazımdır. Vilhelm Humboldt
- Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz. Benedikt Spinoza
- Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır. Uinston Çörçill
Y[redaktə]
- Yalnız böyük hadisələr dahi insanları yaradır. Jan Jak Russo
Z[redaktə]
- Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi