Dostlar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah,dostlar! Bir özünüz fikirləşin: Hindistana gedirsiniz, amma sonda Çilidə peyda olursunuz, ispan dilini öyrənirsiniz, amma portuqaliya dilində danışırsınız!..Yox, belə olmaz! Əgər belə getsə, bir də gördünüz ki, pəncərədən siqaret əvəzinə özümü atmışam! Jül Vern
- Alkoqol damarların və dostlar dairəsinin qısamüddətli genişlənməsinə səbəb olur. Salvador Dali
B
[redaktə]- Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən. Deyl Karnegi
- Bəzən biz düşmənlər haqqında daha çox düşünürük, nəinki dostlar haqqında.[1] Alfred Bucar
- Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam. Virciniya Vulf
Ç
[redaktə]- Çətin məsələlər dostlar arasında bölüşdürülsə, həlli asan olar. Vilson Follet
- Çətinliklər qapını döyəndə bütün dostlar yuxuda olurlar. Polşa atalar sözləri
D
[redaktə]- Dostlar arasında hər şey ümumi olmalıdır. Evripid
- Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz. Jan de Labrüyer
- Dostlar bizim şöhrətimizin işığına yığışır, O işıq çəkiləndə dostlar da çəkilir. Fyodor Dostoyevski
- Dostlar da, həqiqət də mənim üçün əzizdir. Amma mən dostlardan çox həqiqətə üstünlük verirəm. Aristotel
- Dostlar! Dost yoxdur! Aristotel
- Dostlar dostdur. İş tamamilə başqa bir şeydir. ABŞ atalar sözləri
- Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi, sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır.Jan Batist Sey
- Dostlar, kitab oxumaq üçün heçdə gec deyil...Sadəcə, güclu olun.. Corc Oruell
- Dostlar mənə nəyi etmək bacarığım olduğunu göstərir, düşmənlər isə mənə nəyi etməli olduğumu öyrədir. Fridrix Şiller
- Dostlar müxtəlif bədəndə bir ruhdurlar. Əli
- Dostlar olan yerdə bəla elə də qorxulu deyil. Rus atalar sözləri
- Dostları olanın dostu yoxdur. Aristotel
- Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir. Nigeriya atalar sözləri
- Dostlar yaman gündə tanınar. Rus atalar sözləri
- Dostları yalnız öz qarınlarının hayında olan itlərin və qəbir qurdlarının arasında tapa bilərsiniz. Alfred Nobel
- Dostluq sınanan yerdən dostlar qaçır. Seneka
- Dürüstlük sizə çoxlu dost qazandırmaz, amma həmişə yaxşı dostlar qazandırar. Con Lennon
- Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut. Aristotel
- Düşmən yoxdur – hələ tanış olmadığınız “dostlar” var! Terri Pratçett
- Düşmənlər arasında hakim olmaq, dostlar arasında hakim olmaqdan yaxşıdır. Birinci halda düşmənlərdən biri dostuna çevrilir, ikinci halda dostlardan biri düşmənə. Bəhmənyar əl-Azərbaycani
E
[redaktə]- Evin qiyməti ora gələn dostlardan bilinər Ralf Uold Emerson
Ə
[redaktə]- Əgər biz istəyirik ki, dostlar bizimlə biz istədiyimiz kimi davransın, biz də onlarla o cür davranmalıyıq. Aristotel
- Əxlaqlı insan öz həyatını itirmək məcburiyyətində qalsa belə, öz dostları, vətəni üçün çox şey edir. Aristotel
- Əsl dostlar, "iki bədəndə bir qəlb" olanlardı. Mişel de Monten
- Əsl dostlar səni öndən bıçaqlayırlar. Oskar Uayld
H
[redaktə]- Həddindən artıq dostlar ola bilməz. Aleksandr Düma (ata)
- Həqiqi dostlarla birgə içilən su da şirin dadır. Çin atalar sözləri
- Həyat sona çatdıqda və qəbirdən bizi yalnız bir neçə addım ayırdıqda, biz nadir hallarda yeni dostlar axtarırır, daha çox köhnə dostlara güvənirik. Alfred Nobel
İ
[redaktə]- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın, əksinə, düşmənlərin səninlə dost olsun. Pifaqor
K
[redaktə]- Kitablar da dostlar kimi seçilməlidir. Jül Klareti
- Kilometrlər bizi dostlardan ayıra bilərmi? Əgər biz sevdiyimiz bir kəslə bir yerdə olmaq istəyiriksə biz artıq onun yanında deyilikmi? Riçard Bax
- Köhnə dostlar bir vəzifəyə gələndə dərhal yeni dostlar axtarmağa başlayırlar. Bu vaxt köhnə dostlarını itirməyə başlayırlar. Həsən Nail Canat
M
[redaktə]- Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir Onore de Balzak
S
[redaktə]- Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz biz az qaranlıq yerdə olan kimi bizi tərk edir. Kristian Nestell Bovio
v
[redaktə]- Var-dövlət mərhumu qapının kandarında tərk edir, dostlar və qohumlar, qəbiristanlıqda. Yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir. Nikola Şamfor
Y
[redaktə]- Yaxşı dostlarla yaxşı bir ailə süfrəsində əsla yaşlanmazsınız. İtalyan atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.101