Çirkli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkli əməl eləməz... Qara Qarayev
Ç
[redaktə]- Çirkli bir ağız layiqli bir dildə danışmayacaq. Çin atalar sözləri
- Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma! Yılmaz Ərdoğan
- Çirkli bir vicdan, daha da böyük bir qüvvə ilə insanı malın, şeylərin mütləq hala gətirildiyi üçün qınayır. Georq Vilhelm Fridrix Hegel
- Çirkli əllərlə təmiz işlər görülmür. Əli Abşeroni
- Çirkli mühit insanın ruhunu kirlədir, çirkli ruhlar ətrafı kirlədir. Əziz Nesin
- Çirkli niyyətlərlə dolu ruhu oruc tutmaqla təmizləmək olmaz. Mahatma Qandi
- Çirkli paltarlar evdə yuyulur. Portuqal atalar sözləri
- Çirkli su da alovu söndürə bilər. Monqol atalar sözləri
- Çirkli vasitələr nəcib bir məqsədə çata bilməz: məqsədin özü çirklənir. Təmiz bir qab çirkli su ilə doldurulursa, qab çirklənir. Yan Raynis
D
[redaktə]- Dedilər ki, mən Türkiyədə yaşayan 64 milyon insanı vicdansız adlandırdım. Vicdansız sözünü heç vaxt, heç bir xalq üçün istifadə etməmişəm. Sadəcə kürd kimliyimə görə məni linç etmək istəyən vicdansız insanları burada bir daha vicdansız adlandırıram. Əhməd Kaya 64 milyon insanı vicdansız adlandırdığı üçün spekulyativ sözlərlə ətrafıma toplaşmağa və illərdir dostluq etdiyim türk xalqını mənə qarşı çevirməyə çalışırlar. Türk xalqını mənə qarşı yox, türk xalqını kürdlərə qarşı qoymağa çalışırlar. Medianın mənim üzərimdə oynadıqları oyundan xəbərdaram. Bunlar soyuq müharibə strategiyalarıdır. Onların çirkli müharibəsini, o strategiyasını, oyunlarını qıracağam, əvvəllər qırmışam, bir daha qıracağam, yenə də qıracağam. Ahmet Kaya
- Dərk edən həqiqət sularına o vaxt könülsüz baş vurur ki, su çirkli yox, dayaz olur. Fridrix Nitsşe
H
[redaktə]- Həqiqətən yalnız aşağı, kobud və çirkli ağıl daima özünü məşğul edə bilər və özünün maraqlanmaq fikrini qadın bədəninin gözəlliyi ətrafına fırlanmağa göndərər. Cordano Bruno
- Həqiqi düzgünlük çirkli bir istiridyə çanağında da mirvari kimi yaşayır. Fridrix Nitsşe
- Hər hansı, hətta ən çirkli işdən yox, avara həyatdan utanmaq lazımdır. Lev Tolstoy
Q
[redaktə]- Qatarlar iri inəklərə oxşayırlar – onlar da çirkli olur, tövşüyür, fit çalır, təkcə bir istiqamətə hərəkət edirlər. Anna Bartkulaşvili
M
[redaktə]- Mən xanım, sən xanım, daşdakı yığılmış çirkli suyu tökən kim? Misir atalar sözləri
Ö
[redaktə]- Ördəyin dimdiyi həmişə çirkli olar. Əfqan atalar sözləri
- Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər. Sinoplu Diogen
R
[redaktə]- Roman- böyük yolla getdiyin güzgüdür. O gah göy qübbəsini, ya da çirkli gölməçələri və çala-çuxurları əks etdirir. Stendal
Ş
[redaktə]- Şöhrət, şərəf, zövq və zənginlik haqqında söhbətlər sevgi ilə müqayisədə çirkli sözlərdir. Çarlz Darvin
V
[redaktə]- Varlı külqabı kimidir: nə qədər dolu olsa, o qədər də çirkli olar. Yapon atalar sözləri