Vasitə
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Atom bombası müharibənin qarşısını almaqda ən təsirli vasitə olduğu kimi, ölüm cəzası da cinayətkarlığın qarşısında sipərdir. Marqaret Tetçer
- Atom fəaliyyətinin və radioaktivliyin iki mərhələsinin Günəş sistemindəki bütün atomların təkamülünü səciyyələndirdiyini görək, indi insan atomunda şüurun təkamülü zamanı gözlənilən müxtəlif inkişafların nə olduğunu görək. Mən diqqətimizi bu insan şüuruna yönəltmək istərdim, çünki o, Günəş sistemindəki mərkəzi təkamüldür. İlahi həyatın üç aspekti - məskunlaşan həyat və ya ruh, maddi forma və ya əsas vasitə və ağıllı fəaliyyət amili bir araya gətirildikdə, müəyyən konkret nəticələr əldə ediləcəkdir. Alisa Beyli
B[redaktə]
- Başqalarını şəxsi məqsədlərini gerçəkləşdirmək üçün vasitə olaraq görmə. İmmanuel Kant
Ə[redaktə]
- Ən qədim zamanlardan bəri din həmişə zülm və ziyana vasitə olub. Reşat Nuri Güntekin
X[redaktə]
- Xalqın rəhbərliyə qatılmasında əhəmiyyətli bir vasitə olan münsif sistemi, eyni zamanda xalqın necə yaxşı idarə olunacağını vətəndaşlara öyrədər. Aleksis de Tokvil
M[redaktə]
- Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur. Benedikt Spinoza
Ö[redaktə]
- Ölümün zəruriliyini bilərək yaşamağa davam etmək üçün iki vasitə var: birinci vasitə -daima arzu etmək və dünya sevinclərinə qoşulmağa cəhd etməklə ölüm haqqında fikirləri daima boğmaq, ikinci vasitə bu müvəqqəti dünyada ölümlə məhv edilə bilməyən qısa,yaxud uzun bir məna tapmaq. Lev Tolstoy
P[redaktə]
- Pul ağıllı adam üçün vasitə, axmaqlar üçünsə məqsəddir. Adrian Dekursel
- Pul həqiqi zənginlik deyildir. O, sadəcə ehtiyacları ödəməküçün bir vasitə olduğuna görə dəyərlidir. Biz səhranın ortasında istidən yanan bir insan üçün bir neçə damcı soyuq su bir torba qızıldan daha çox dəyərlidir. Seneka
S[redaktə]
- Siz kitab oxumağı xoşlayırsınız. Yaxşı bir kitab qədər insanı özündən uzaqlaşdıran ikinci vasitə ola bilməz. Simona de Bavuar