Məzmuna keç

Qəbir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dirilmələr yalnız qəbir olan yerlərdə baş verir! Fridrix Nitsşe
  • Dostları yalnız öz qarınlarının hayında olan itlərin və qəbir qurdlarının arasında tapa bilərsiniz. Alfred Nobel
  • Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır. Viktor Hüqo
  • Hətta qəbirdə də hər şey itirilməmişdir. Əks təqdirdə, əbədilik mövcud deyil. Edqar Allan Po
  • Həyat sona çatdıqda və qəbirdən bizi yalnız bir neçə addım ayırdıqda, biz nadir hallarda yeni dostlar axtarırır, daha çox köhnə dostlara güvənirik. Alfred Nobel
  • Xoşbəxt bir adam, açılması yalnız qəbir daşına yazıla bilən bir tapmacadır. Pyer Büast
  • Qəbir daşımın üstünə yaz: “Kafir, satqın ” – pisliyə güzəştə gedən hər kilsəyə kafir; xalqa zülm edən hər hakimiyyətə xain. Uendell Filips
  • Qəbir elə bir yerdir ki, orada ölülər tibb fakültəsinin tələbəsinin gəlməsini gözləsinlər. Ambroz Birs
  • Qəbir qazan özü qəbrin içinə düşür. Alman atalar sözləri
  • Qəbrə hazırlıqsız girən dənizə qayıqsız düşmüş kimidir. Əbu Bəkr
  • Qisas almağa başlamazdan əvvəl iki qəbir qaz. Çin atalar sözləri
  • Qoy mənim tabutumu ən yaxşı həkimlər aparsın. Hamı bilsin ki, hətta onlar da ölümün qarşısında acizdirlər. Qəbrə çatana qədər yolda hamıya qızıl paylayın. Qoy başa düşsünlər ki, nə sərvət qazanırsan qazan, o, bu dünyada qalır. Əllərim tabutdan çöldə qalsın. Qoy hamı bilsin ki, Qanuni Sultan Süleyman belə bu dünyadan əliboş getdi. Qanuni Sultan Süleyman
  • Qozbeli qəbir düzəldər. Rus atalar sözləri
  • Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz. Gürcü atalar sözləri
  • Qürbət qəbir kimidir. Rus atalar sözləri
  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
  • Yaxşıca yatın. Yuxu və yeməyini özün hazırlamaq sizə artıq çəki yığmamağa kömək edəcək. Əgər “qəbirdə yataram” və ya “çoxlu iş görməliyəm, yatmağa vaxt yoxdu” kimi düşünürsüzsə, onda mən sizə “yuxusuz siz effektiv deyilsiz” deyirəm, yuxu müddətinin qısaldılması sizə yardımçı olmayacaq. Culian Smit

Həmçinin bax

[redaktə]

İstinadlar

[redaktə]