Tez
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adam axmaqların əhatəsində olmasaydı daha tez-tez çətin vəziyyətə düşərdi. Fransua de Laroşfuko
B[redaktə]
- Başqalarını tez-tez əfv et, özünü əsla. Sir Publili
- Bir gün tez əkərsən - bir həftə tez biçərsən. Rus atalar sözləri
Ç[redaktə]
- Çox bilərsən - tez qocalarsan. Rus atalar sözləri
D[redaktə]
- Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır. Hind atalar sözləri
Ə[redaktə]
- Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir. Avreli Avqustin
H[redaktə]
- Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
- Həqiqət tez-tez anlaşılmaz olur, lakin heç vaxt ölmür. Tit Livi
- Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır. Dante Aliqyeri
K[redaktə]
- Kim ki, tez-tez borc alır, dilənçiləşir. Fin atalar sözləri
Q[redaktə]
- Qartal qanadını tez-tez çalsa, qanadı qırılar. Adıgey atalar sözləri
- Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir
M[redaktə]
- Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
- Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər. Yohann Volfqanq Göte
N[redaktə]
- Nəfəs aldığın kimi də tez-tez Allahı düşün. Epiktet
T[redaktə]
- Tez deyib peşiman olmaqdansa, gec demək məsləhətdir. Abbasqulu ağa Bakıxanov
- Tez-tez uğursuzluğa uğrayın, sıx-sıx başarısızlığa məruz qalın. Tomas C. Uoltson
- Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur. Yohann Volfqanq Göte
V[redaktə]
- Vaxtsız açılan gül tez solar. Azərbaycan atalar sözləri/V
Y[redaktə]
- Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar. Abbasqulu ağa Bakıxanov